Uşağınızın yük norması

Uşağınızın yük normasıMütəxəssislərin fikrincə, 12 yaşına qədər olan uşaqlar 3 kiloqramdan artıq yük götürməməlidirlər. Amma hazırda dərs yükü çox olduğundan ibtiadi siniflərdə oxuyan 6 — 10 yaşlı uşaqların daşıdığı məktəbli çantasının çəkisi bu normalara qətiyyən uyğun gəlmir. Məsələn, 3-cü sinifə gedən 8 yaşlı məktəbli dərs qrafikinə uyğun olaraq çantasına hər gün 4 kitab, 4 iş dəftəri, 4 test kitabı, 4 qiymətləndirmə kitabı, yazı dəftəri, karandaşlar, rəsm albomu və digər əlavə dərs vəsaitləri qoymalıdır. Nəzərə alsaq ki, valideynlər çantaya yemək və su da əlavə edirlər, onda çantanın ağrlığı 7 kiloqrama çatır və 8-9 yaşlı uşaq hər gün bu yükü çiyinlərində daşmağa məcburdur.

Təbii ki, çəkisi çiynindəki çantadan bir qədər artıq olan ibtidai sinif şagirdi üçün bu qədər yükü daşımaq heç də asan deyil. Bu səbədən də onların ağır çantanı daşmaq cəhdləri çox da uğurlu alınmır.
Bu yükü öz çiyinlərinə götürmək məcburiyyətində qalan valideynlər isə uşaqların həm fiziki, həm də zehni yüklənməsindən narahtdırlar.

Pedaqoqların fikrincə, hazırda ibtidai siniflərdə tədris olunan dərs vəsaitlərinin sayı ehtiyac olduğundan çoxdur. Yəni dərs kitablarından əlavə şagirdlərdən bir fənn üzrə təxminən 2-3 bəzən isə 4 müxtəlif tədris vəsaiti tələb olunur.

Qeyd edək ki, ağır məktəbli çantasını gündəlik daşımaq hələ skeleti formalaşmayan azyaşlı uşaqlarda şiddətli bel ağrılarına, onurğa sütünün əyilməsinə səbəb olur. Amma fiziki qüsurlar özünü bir-ikinci siniflər arasında çox da büruzə vermir. Ağır çantanın fəsadları uşaqlarda bir qədər gec təxminən 12 -13 yaşından sonra meydana çıxır. 5 saylı Uşaq Poliklinasının ümumi cərrahı Sevil Ələkbərova deyib ki, hazırda onların məktəbələrdə apardığı araşdırmalara görə, yuxarı sinif şagirdlərinin 30-40 faizində onurğa sütunun müxtəlif xəstəlikləri müşahidə olunur: "Əvvəlcə funksional pozğunluqlar yaranır. Yəni uşağa deyəndə qamətini düzəlt o düzəldir. Bir qədər sonra isə artıq o destruktiv forma alır. Yəni skalioz, lados bu kimi xəstəliklər yaranır. O da ürək və ağciyərlərin fəaliyyətinə öz təsirini göstəir. Mən onu deyə bilərəm ki, hazırda 500 uşaqdan ən azı 150- 200 -ü bu xəstəliklərdən əziyyət çəkir".

Hazırda ibtidai siniflər üçün nəzərdə tutulan dərsliklərin çoxluğu və dərs proqramının ağırlığı ilə bağlı Təhsil Nazirliyi mövqe bildirməkdə maraq göstərmədi.

Ailə və Uşaq     Baxılıb: 2507   Tarix: 24 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

turlar.az

toy makiyaji sekilleri geyim və ayaqqabılar geyim seçimi yemək bişirmək yarpizin faydalari sperma gəlin qayınana kosmetika vətən haqqında atalar sözləri hakışta zehmet ve zinet saglam qidalanma gəncə