Uşaqların boy və çəkiləri bir-biri ilə mütənasib olmalıdır
"Boyun uzanması uşaq və yeniyetməlik dövrünün problemidir".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə bildirib.
"Sümüklərdə yerləşən və "böyümə zonaları" adını verdiyimiz qığırdaq toxumasındakı hüceyrələrin müxtəlif amillərin təsiri ilə (xüsusilə boy hormonu, qalxanvari vəzi hormonları və cinsiyyət hormonlarının) bölünüb çoxalması nəticəsində uzununa böyümə baş verir. Təbii ki, genetik xüsusiyyətlər, qidalanma, sosial-ekonomik status, ətraf mühit və digər amillər də boyun uzanmasına təsir göstərir. Yaş ötdükcə böyümə zonaları tədricən sümükləşir və cinsi inkişaf dövrünün sonunda tamamilə bağlanır.
Uşaqların boy və çəkiləri bir-biri ilə mütənasib olmalıdır. Bu nisbəti müəyyən etmək üçün qəbulolunmuş normativ cədvəllər mövcuddur. Pediatr müayinəsində bu cədvələ əsasən inkişaf xətti izlənir. Belə cədvəllər aşkar patologiyaları müəyyən etməyə imkan verir, daha dəqiq təhlil üçün həkim xüsusi düsturlardan istifadə edərək əlavə göstəriciləri hesablayır",-deyə o bildirib./xezerxeber.az
Saglamolun.Az









Enerjini azaldan gündəlik səhvlər
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız