Uşaqların gec danışmasının səbəbləri

Uşaqların gec danışmasının səbəbləriDanışmaq, ünsiyyət qurmaq sosial həyatda çox vacib rol oynayır. Səlis danışıq, aydın tələffüs hər zaman xoş qarşılanır.
Nitqin formalaşması körpəlikdən - altı ayından müəyyən səslər çıxarmaq, bir yaşında sadə sözləri tələffüz etmək, yaş yarımdan isə sərbəst cümlə qurmaqla inkişaf edir. Körpələrin dil açıb danışması valideynləri tərəfindən böyük sevinclə qarşılanır. Ancaq təəssüf ki, bəzi valideynlər dil açmaq ərəfəsində olan uşaqlarının sadəcə susub baxmasını izləyirlər.
Bakı Sağlamlıq Mərkəzinin həkim-nevropatoloqu Sevinc Salamova AZƏRTAC-a verdiyi məlumata görə, uşaqlarda nitq ləngiməsinin səbəbləri müxtəlif ola bilər: "Uşaq gec dil açırsa, valideyn ilk növbədə uşaq nevroloquna müraciət etməlidir. Nitqin ləngiməsi mütəxəssis tərəfindən mümkün qədər araşdırılır. Səbəblər müxtəlif ola bilər: hamiləlik dövründə anada olan hər hansı bir narahatlıq, keçirdiyi xəstəlik və infeksiyalar ana bətnində ikən körpənin inkişafına mənfi təsir göstərir. Belə ki, beyin qabığında olan qırışların sayı azalır, onların arasında olan məsafələr qısalır və bu da uşağın nitqində dominant olaraq rol oynayır. Doğuş zamanı hər hansı qansızma, kəllə-beyin travması və ya hansısa digər səbəbdən beynin sol yarımkürəsində narahatlıq yaranması bütöv şəkildə uşağın nitqinə təsir göstərir. Nəticədə uşaqlar vaxtından xeyli gec danışırlar".
Onun dediyinə görə, müasir dövrdə uşaqların gec danışmasının səbəblərindən biri də onların telefon və planşetlərdən çox istifadə etməsidir: "Uşaq cizgi və digər filmlərə baxaraq, televizor və ya planşet qarşısında qalır və demək olar ki, canlı dialoq görmür, istənilən halda o, yalnız dinləyir. Belə olan halda uşağın danışıq və nitq qabiliyyəti ləngiyir. Valideynlərin uşaqlarla danışmağı və ya az ünsiyyət saxlamağı ağır xəstəliklərə, hətta autizm və mutizmə, yaxud nitqin çox geri qalmasına və bununla əlaqədar olaraq əqli inkişafının da geri qalmasına aparıb çıxara bilər".
Bəzi ailələr isə uşaqlarının gec dil açmasını genetik amillərlə əlaqələndirirlər. Lakin onların danışmamasının səbəbi adətən beyində zədə, yaxud da eşitmə problemləri ilə əlaqədar olur. "Dərman preparatları ilə yanaşı həkim-loqopedin də hər uşaq üçün fərdi ağız, dil, xüsusi alətləri olur ki, onunla masaj edirlər. 20 gün davam edən həmin seanslarda daha çox səmərə əldə etmək olur. Bəzən elə hallar olur ki, həmin müalicə kursu bir az da uzanır. Nitq probleminə aparıb çıxaran patogenik səbəblərdən biri də uşaqla-valideyn arasında ünsiyyət əlaqəsinin olmaması və ya zəifliyidir. Məsələn, ana hansısa əşyanı uşağa verərkən adını soruşmur və yaxud sözlə ifadəsində ona kömək etmir, istiqamət vermir, sözünə düzəliş etmir", - deyə həkim-nevropatoloq bildirib.
Problemlərin vaxtında aradan qaldırılması gələcəkdə uşaqlarda komplekslərin yaranmasının da qarşısını ala bilər. Uşaqlar dil açmağa başlayarkən rabitəsiz sözlər desələr də, onları diqqətlə dinləmək, danışmağa həvəsləndirmək lazımdır.
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 5952   Tarix: 20 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

turlar.az

sac duzumleri geyim necə seçməli toy makiyaji sekilleri kisi ve qadin intim munasibetleri dil haqqinda atalar sozu yumurta qabiginin xeyri uz maskalari kosmetika bayatılarımızda vətən həsrəti qoğalın nağlı xeyanet rus dilin nece orenek klitor