Uşaqsalma

UşaqsalmaUşaqsalma- təbii abort kimi tanınan bir prosesdir. Bu proses dölün sərbəst inkişaf dövrünə  baş verir (hamiləliyin 20-ci həftəsinə qədər).
Erkən uşaqsalma hamiləliyin ilk 3 ay dövründə baş verir və bu 10-30% qadınlarda baş verən haldır. Bu hal hətta o qədər erkən bir dövrdə baş verə bilər ki, qadın hətta hamilə olduğunu hiss etməz. Belə əlamətlər hətta erkən uşaqsalma hesab edilə bilməz, sadəcə ağrılı bir menstruasiya kimi keçib gedər.
Erkən uşaqsalmanın səbəbləri:
rüşeym, döl və plasentanın qüsuru;
qulaqdibi (svinka), məxmərək, qızılca kimi infeksion xəstəliklər;
hormonal pozuntu (progesteron-lazımlı hormonların çatışmazlığı);
otoimmun reaksiyaları - ananın immun sisteminin dölü zədələməsi.
Gecikmiş uşaqsalma:
-plasenta və uşaqlıq boynunun patalogiyası;
-siqaret tüstüsü, spirtli içkilər, müəyyən dərman preparatları, eləcə də bir sıra zəhərli maddələr.
Əlamətləri
-davamlı vaginal axıntılar;
-qarının aşağı hissəsində yaranmış ağrılarla bərabər qanaxmalar, bəzən bel nahiyəsində küt ağrılar;
- vaginal axıntılar zamanı qan laxtaları.
Bu problem zamanı nə etməli?
Bu növ pataloji axıntılar zamanı Həkiminizlə əlaqə saxlayın. Hər hansı digər əlamətlər olmasa belə qanaxmalar yarandığı anda dərhal həkimə müraciət etmək şərtdir. Xüsusilə də, əgər daha öncədən belə bir halnan qarşılaşmısınızsa. Yardım gözlədiyiniz ərəfədə isə beliniz üstünə uzanın, ayaqları hündürə qaldırın və istirahət etməyə çalışın.
Həkim necə yardım edə bilər?
Həkim müayinə edərək xəstəliyin tarixini araşdıracaq, lazımi müalicə yazacaq. Dölün vəziyyətini qiymətləndirmək üçün ultrasəs müayinəsi ediləcək. Uşaqsalma ehtimalı olduğu halda dərhal xəstəxanaya yazılmaq lazımdır.
Profilaktik tədbirlər:
Hamiləlik zamanı ağır fiziki işlər görməkdən uzaq olun, əgər bundan əvvəldə belə bir hallarla qarşılaşmısınızsa. Hər hansı bir axıntılar zamanı həkimə müraciət edin. İnfeksiyalarla, radiasiyalardan təmasdan uzaq durmağa çalışın. Bütün tibbi prosedurlar zamanı həkiminizə və stomatoloqunuza hamiləliyiniz haqqında məlumat verin. Yüksək temperatur zamanı mütləq həkimə bildirin, bu simptomlar uşaqsalmaya səbəb olan digər xəstəliklər də ola bilər.
Hamiləlik dövründə çalışın spirtli içki qəbul etməkdən, siqaret çəkməkdən, həkim göstərişi olmadan dərman preparatları istifadə etməkdən uzaq olun. Dərman qəbul etdiyinizdə mütləq həkimlə məsləhətləşin. Çalışın sağlam həyat tərzi keçirəsiniz. Hansı ki, bura yetəri qədər yuxu, istirahət və balanslı pəhriz daxildir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1270   Tarix: 08 iyun 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

qadın geyimi geymler 2026 gözəllik məhsulları psixoloq meslehetleri plovlar qadin dunyasi net dieta kosmetika qiz evi haxista qiz burcu suni mayalanma burclər hakiwda