Yanlış zamanda yeyildikdə bədənə ZƏRƏR VERƏN 12 QİDA

Yanlış zamanda yeyildikdə bədənə ZƏRƏR VERƏN 12 QİDAƏksər insanlar pəhrizlərinə diqqət yetirib qidalanmalarını yaxşılaşdırsalar da, sağlam pəhrizin bütün qaydalarına əməl etmək elə də asan deyil. Məsələn, almanı yanlış vaxt yemək həzmi yaxşılaşdırmaq əvəzinə bağırsaq problemlərinə səbəb ola bilər. Xoşbəxtlikdən bu məhsullardan istifadənin əsas qaydaları ilə tanış olmaq mümkündür.
Publika.az oxucuları qidaların yeyilməsi üçün vaxtın düzgün seçilməsi və bundan maksimum yararlanmaq barədə məsləhətlərlə tanış edir.
Banan
Yanlış zamanda yeyildikdə bədənə ZƏRƏR VERƏN 12 QİDAGünə gümrah başlamaq üçün acqarına banan yemək yaxşı seçim kimi görünsə də, enerji səviyyəsini aşağı sala bilər. Əvvəlcə ehtimal ki, şəkərin çox olması səbəbindən gücünüzün artdığını hiss edəcəksiniz, ancaq bir neçə saatdan sonra yorğunluq və aclıq özünü göstərməyə başlayacaq. Banan yemək bağırsaq sindromu olan insanlar üçün təhlükəli ola bilər.
Səhər yeməyində banandan imtina etməyə hazır deyilsinizsə, onları fıstıq yağı kimi sağlam vasitə ilə birləşdirin.
Qəhvə
Yanlış zamanda yeyildikdə bədənə ZƏRƏR VERƏN 12 QİDAÇoxları üçün oyandıqdan dərhal sonra bir fincan qəhvə içmək təbii görünür, bu, əslində tamamilə faydasızdır. Tədqiqatlar göstərib ki, yeməkdən əvvəl qəhvə içmək kofeinə olan həssaslığı azaldır. Oyandıqdan sonra ilk saatda bədən kortizol hormonu ifraz edir, bu prosesi və təbii bioloji ritmi pozmamaq çox vacibdir.
Odur ki, bir az gözlədikdən sonra bir fincan qəhvə için. Ancaq onu da unutmayın ki, gündəlik kofein miqdarına riayət etmək və axşam saatlarında, yatmazdan əvvəl qəhvə içməmək daha yaxşıdır.
Düyü
Uzun bir iş günündən sonra suşi və ya plovu nə qədər sevməyinizdən asılı olmayaraq, uğurlu seçim olmaya bilər. Düyü çox gec həzm olunan mürəkkəb karbohidratı ehtiva edir. Bir tərəfdən bu cür yemək bizə çox enerji verir. Eyni zamanda düyüdə kalori çoxdur və gecə yemək köklüyə səbəb olacaq.
Nahar, rasiona düyü daxil etmək üçün ən yaxşı zamandır. Bu saatlarda maddələr mübadiləniz sürətli gedir, bədən üçün bu cür qidaları həzm etmək asanlaşacaq. Bundan əlavə, məhsuldar gün üçün enerjiyə ehtiyacınız olacaq və mürəkkəb karbohidratlar bunun ilk vasitəçisidir.
Şəkər
Yanlış zamanda yeyildikdə bədənə ZƏRƏR VERƏN 12 QİDAƏgər sağlam qidalanırsınızsa, rəfinə edilmiş şəkərdən uzaq olmaq yaxşıdır, amma bəzən şirniyyatların cazibəsinə qarşı çıxmaq mümkün deyil. Əsas səhv odur ki, biz şirniyyatı qəlyanaltı kimi yeyirik. Beləliklə, qanda şəkərin səviyyəsi yüksəlir, sonra da xeyli aşağı düşür, sizi yorğun və əsəbi edir.
Əsas yeməkdən dərhal sonra özünüzü desertlə sevindirmək yaxşıdır. Bu, qanda şəkərin səviyyəsini kəskin şəkildə yüksəltməyəcək.
Süd
Yanlış zamanda yeyildikdə bədənə ZƏRƏR VERƏN 12 QİDAUşaqlıqdan bəzi insanlar günə bir stəkan süd ilə başlamağa öyrəşib, lakin bu vərdiş böyüklərdə yaxşı işləmir. Süd çətin həzm olunur, odur ki, səhər içsəniz və digər məhsullarla birləşdirsəniz mədədə ağrı hiss edəcəksiniz.
Axşam, bir stəkan isti süd üçün ən yaxşı vaxtdır. Bədəni sakitləşdirməyə kömək edir, beləliklə yuxuya tez gedirsiniz.
Ət
Yanlış zamanda yeyildikdə bədənə ZƏRƏR VERƏN 12 QİDAƏt zülal və B vitamininin əsas mənbəyidir, lakin həzm sistemini həddindən artıq yükləyə bilər. Yatmazdan ən az 3 saat əvvəl ət, xüsusilə qızartma növlərini yeməmək daha yaxşıdır. Yağsız ətə üstünlük verin, belə şam yeməyi qidalandırıcıdır və həddindən artıq kalori ehtiva etmədiyi üçün köklüyə səbəb olmur.
Lazımi miqdarda protein almaq üçün gün ərzində ət yeyə bilərsiniz. Ancaq səhər yeməyinə daxil etməyin, çünki bu qədər ağır yemək yenicə oyanmış bədən üçün ağır ola bilər.
Qoz-fındıq
Qoz-fındıq sağlam yağ mənbəyidir, lakin onları axşam qəlyanaltı kimi yemək yaxşı seçim deyil. Ümumiyyətlə, sağlamlıq üçün faydalıdır, ancaq həddi aşmısınızsa, həzm çox vaxt çəkə bilər və bu vəziyyətdə yuxuya getmək çətin olacaq.
Bütün faydalı xüsusiyyətlərini əldə etmək üçün fındığı səhər yeməyində və ya yeməklər arasında qəlyanaltı olaraq seçin: ürək sağlamlığını gücləndirir, xolesterin səviyyəsini normallaşdırır, arıqlamağa, dərinin və saçın bərpasına kömək edir.
Pendir
Yanlış zamanda yeyildikdə bədənə ZƏRƏR VERƏN 12 QİDAYatmazdan əvvəl pendirli sendviç zərərsiz görünür, amma bu fikirdən çəkinmək daha yaxşıdır. Yüksək kalorili pendiri həzm etmək çətindir, yəni narahatlıq yarada və gecə yuxunuzu poza bilər.
Digər tərəfdən, səhər yeməyində bir az pendir yemək bədənin kalsium ehtiyacını təmin edəcək, eyni zamanda əzələlərin böyüməsinə və sümük sağlamlığına kömək edəcək.
Sitrus bitkiləri
Yanlış zamanda yeyildikdə bədənə ZƏRƏR VERƏN 12 QİDAƏlinizdə bir stəkan təzə portağal suyu ilə yeni günə başlamaq faydalı görünsə də, belə deyil. Sitrus meyvələrində çox miqdarda turşu var ki, əsas yemək zamanı və ya dərhal sonra istifadəsi həzm problemlərinə səbəb olan mədə turşuluğunu artırır. Yanğı, mədədə ağırlıq hiss etmək və maddələr mübadiləsinin pozulmasını istəmirsinizsə, portağal suyunu əsas yeməkdən bir az gec için.
Paxla
Yanlış zamanda yeyildikdə bədənə ZƏRƏR VERƏN 12 QİDAPaxlalılar liflə zəngindir, odur ki, istifadəsi şişkinliyə səbəb olur və yuxu keyfiyyətini azaldır. Bu məhsul günorta yeməyi və ya erkən şam yeməyi üçün idealdır: bu yolla bütün sağlam maddələr udulur, şişkinlik və ya köklük hiss edilmir.
Alma
Yanlış zamanda yeyildikdə bədənə ZƏRƏR VERƏN 12 QİDAAlma liflə zəngindir, həzm və kolon funksiyasını yaxşılaşdıran təbii turşuları ehtiva edir. Ancaq axşam saatlarında alma yemək mədə turşuluğunu artıra və narahatlıq yarada bilər. Həm də həddindən artıq qaz problemlərinə gətirib çıxarır. Çünki gecə həzm yavaşlayır və hər hansı bir yeməyin həzmi daha uzun çəkir.
Alma üçün ən yaxşı vaxt səhərdir. Beləliklə, uzun bir yuxudan sonra bağırsaq hərəkətlərini stimullaşdırırsınız. Bu, xüsusilə gecə saatlarında və ya çox yemək yediyiniz təqdirdə faydalıdır.
Qatıq
Yanlış zamanda yeyildikdə bədənə ZƏRƏR VERƏN 12 QİDAAcqarına və ya yeməkdən əvvəl qatıq yeməyin. Qatıqda mədənin turşuluğunu azaldan süd turşusu var. Bu, əsas yemək zamanı həzmi yavaşladacaq.
Laktik turşunun bütün üstünlüklərini əldə etmək üçün əsas yeməkdən 1-2 saat sonra qatıq yeyin. Yatmazdan əvvəl kiçik bir kasa qatıq yemək yaxşı seçimdir: əzələlərin inkişafını sürətləndirərək bədəni zülalla təmin edəcək.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1834   Tarix: 28 noyabr 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

turlar.az

sade makiyaj sekilleri kosmetika mehsullari reseptler ciy kartofun faydasi süd vəziləri limonun faydasi müxtəlif kosmetika novruz hakista seksler haqisda rus dili novruz bayrami hakisda