Yayda gün yanıqları zamanı nə etməli? - Ən effektiv üsullar

Yayda gün yanıqları zamanı nə etməli? - Ən effektiv üsullarÇimərlik mövsümündə gün yanıqları problemi çox aktual olur. Alov və ya kimyəvi maddələrdən olan yanıqlardan fərqli olaraq gün yanıqları özünü dərhal büruzə vermir, insanı "aldadır".
Milli.Az bildirir ki, çimərlikdən evə qayıtdıqdan bir neçə saat sonra dəri qızarmağa və şişməyə başlayır, quru və həssas olur, qaşınır, ağrıyır.
Gün yanıqları adətən yüngül, səthi olsa da dermatoloqlar belə yanıqları çox təhlükəli hesab edir ki, bu yanıqlar dəri xərçənginin riskini artırır. Bu səbəbdən çimərlikdə dincələndə özünüzü gün yanıqlarından mümkün qədər qoruyun. Bunun bir neçə sadə qaydası var:
- yalnız səhər və axşam saatlarında qaralın
- 11.00-17.00 radələrində açıq günün altında olmayın
- dərinizi günə öyrəşdirin - açıq günün altında keçirdiyiniz vaxtı tədricən artırın (əvvəl 10-15 dəqiqə, sonra yarım saat, sonra 1 saat)
- dənizdən çıxandan dərhal sonra açıq günün altında qalmayın, tentin altında dincəlin
- eynək, baş örtüyü mütləqdir.
Əgər siz çimərlikdə yanmısınızsa, ilk saatlarda ən yaxşı yardım üsulu - sərin duş və soyuq su ilə kompreslərdir. Həmçinin sürtgəcdən keçirilmiş soyuq xiyar, müalicəvi bitkilərin (çobanyastığı, kalendula, palıd qabığı) dəmləmələri (kompres şəklində), soyuq qara çayla islatmalar da yaxşı kömək edir.
Apteklərdə satılan ən yaxşı vasitələrdən biri tərkibində dekspantenol olan vasitələr (pantenol və s.) sayılır. Onlar iltihabı və ağrını azaldır, dərinin bərpasını tezləşdirir. Sprey şəklində olan vasitələrə üstünlük verin.
Kəskin dövr keçdikdən sonra dərinin bərpasını tezləşdirmək üçün solkoseril, çaytikanı yağı kimi vasitələrdən istifadə etmək olar. Soyulan dərini qopartmaq, skrablardan, cod hamam liflərindən istifadə etmək olmaz!
Ağrıları azaltma üçün tərkibində parasetamol və ya ibuprofen olan həb qəbul edin, çoxlu su için, geniş, sıxmayan paltar geyinin.
Dəridə qabarlar əmələ gəlib, dəri səthinin 50% və bundan artıq yanıb, üz dərisi çox yanıb, hərarət yüksəlib, ürəkbulanması, baş ağrısı varsa, mütləq həkimə müraciət edin. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1251   Tarix: 07 iyun 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

qadın geyimi geymler 2026 gözəllik məhsulları psixoloq meslehetleri plovlar qadin dunyasi net dieta kosmetika qiz evi haxista qiz burcu suni mayalanma burclər hakiwda