Yuxunuz "qaçma"sın

Yuxunuz "qaçma"sınYuxusuzluğun səbəbləri çoxdur. Bunlara zehni və fiziki gərginliklər, emosional "yoxuşlar", bəzi dərmanlar, pis vərdişlər və yatmazdan əvvəl çoxlu yemək yemək daxildir. Yuxusuzluğa səbəb olan xəstəliklər arasında parkinsonizm, hipertireodizm, depressiv xəstəliklər, nevroz, böyrək xəstəliyi və artrit vardır. Məişət, iş və qlobal problemlər də sağlam insanın yuxusuna mənfi təsir göstərir.
Yuxu bərpa olunmaz isə nə kimi fəsadlara səbəb ola bilər?
Yaddaşın zəifləməsi, ürək-damar xəstəliklərinin yaranmasına, məsələn, miokard infarktı və ya insult, maddələr mübadiləsinin pozulmaları, artıq çəki, neyrodegenerativ xəstəliklərin artması riskinə (məsələn, Alzhezmer xəstəliyi) gətirib çıxardır. Bundan başqa, yuxusuzluq əsəbilik, adaptasiya pozulmaları, stressə qarşı dözümsüzlük, xroniki yorğuluq sindromuna gətirib çıxarda bilər.
İki gecə yuxusuz qaldıqdan sonra insan bədənində qlükoza mübadiləsi və immun sisteminin fəaliyyəti pozulur. Üç gecə yuxusuz qaldıqdan sonra halüsinasiyalar görünə bilər.
İnsomniyanın (yuxusuzluğun) bir neçə müalicə metodları mövcuddur: ənənvi (yəni dərman) və qeyri-ənənəvi.
Yuxusuzluğun müalicəsi üçün qeyri-ənənəvi üsullar bunlardır: akupunktur, relaksasiya -rahatlama və dərin nəfəs alma üsulları, yoqa, fitoterapiya, yuxu gigiyenası (gündəlik rejimin düzgün təşkili, düzgün bəslənmə, rahat yuxu şərtləri). Ənnəvi müalicə metoduna isə, əlbəttə ki, medikamentoz müalicə aiddir.
Yuxusuzluq zamanı istifadə olunan dərmanlara gəldikdə isə mükəmməl bir vasitə yoxdur.
Bir çox yuxu dərmanı asılılıq yaradır və 15-20 gündən çox istifadə edilməməlidir. Yuxu dərmanından sonra gün ərzində yuxululuq hissi olmamalıdır. Ümumiyyətlə yuxu dərmanları və vasitələri həkim tərəfindən təyin olunmalıdır.
Yaxşı yuxu dərmanı stabil, dərin gecə yuxusunu təmin etməli, gün ərzində minimal yuxululuq hissinin qalması ola bilər, bu isə insanın gündəlik fəaliyyətinə qətiyyən təsir göstərməməli, yan təsirləri olmamalı, stresəleyhinə təsir göstərməli və asılılığa səbəb olmamalıdır.
Yuxu zamanı insan bədənində anabolik proseslərin səviyyəsi artır (əzələlər rahatlaşır, dəri bərpa olunur, beyin lazımsız məlumatları unudur, bədən hormonlar istehsal edir, immunitet ən yüksək səviyyədə olur). Axşama döğru yuxu hormonunun - melatoninin sintezi başlayır. Bizdə yatmaq istəməyimizə səbəb olan budur.
Melatonin, ətraf mühitin işıq rejimi haqqında məlumatları beyinə ötürən kiçik bir endokrin vəz olan epifizin əsas hormonudur. Konsentrasiyası, bir qayda olaraq, gün ərzində dəyişir - gündüz aşağı, gecə isə maksimum səviyyədə olur. Gecələr parlaq işıqlandırma hormon istehsalını azaldır, buna görə də bir insanın qaranlıqda yatması və ya ən azından xüsusi maska köməyi ilə gözlər üçün qaranlıq bir rejim təmin etməsi vacibdir.
Bütün bu tədbirlərə baxmayaraq yuxunuz bərpa olunmursa, melotonin tərkibli vasitələr qəbul etmək lazımdır. Digər yuxugətirici vasitələrdən fərqli olaraq, melatonin orqanizmin sintez elədiyi təbii vasitədir. O yalnız yuxugətirici təsir göstərmir, ən əsası yuxunun ritmini bərpa edir. Buna görə də insan yuxudan doyaraq, gümrah şəkildə oyanır.
Apteklərdə melotonin tərkibli preparatlar vardır, onlar həm kobinasiyada, həm də tək melotonindən ibarət ola bilərlər. Sizə uyğun olan vasitəni isə həkiminiz və ya əczaçınız tövsiyyə edə bilər.

Yuxu ritmini normallaşdıran vasitələrdən melatonin tərkibli preaparatların qəbulu hesab olunur.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Sağlamlıq     Baxılıb: 1981   Tarix: 29 iyun 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

turlar.az

toy makiyaji sekilleri makiyaj etmek qaydalari maskalar artiq cekiden azad olmaq elm haqqinda atalar sozleri orucluqda cinsi əlaqə daban agrilari kosmetika opusme xanim az itburnu layla yumurta