Cinsi istəyi artırmağın, cavanlaşmağın və sağlam yaşamağın ƏN ASAN YOLU

Cinsi istəyi artırmağın, cavanlaşmağın və sağlam yaşamağın ƏN ASAN YOLUAtalar "Ac başda ağıl olmaz", deyiblər amma, planlı aclıq (yəni günün müəyyən saatlarında yeməklə) insanı daha ağıllı edirmiş.
Alimlər bunun səbəbini araşdıraraq belə bir nəticəyə gəliblər ki, aclıq hissi beyin hüceyrələrinin yenilənməsinə və daha da formalaşmasına xidmət edir. Bu necə baş verir: dolu mədə yeməyi həzm edib lazımi komponentləri orqan və toxumalara göndərməklə məşğul olduğu üçün beyinə siqnal ötürmə zəifləyir. Yalnız mədə boşaldıqdan sonra beyini yada salır. Bu zaman düşüncə qabiliyyəti daha da fəallaşır. Yeməkdən sonra isə yenə də zəifləmə prosesi gedir. Təbii ki, ac vaxtı insan aqressivləşir. Ona görə də aclıq zamanı yüksək iradə və təmkinlilik insana davranışlarını tənzimləməyə kömək edir. Aclığın ilk yeddi saatı narahatlıq yaratsa da, sonrakı saatlarda bədən yüngüllük eyforiyasında həzz alır. ABŞ və Rusiya alimlərinin müxtəlif dönəmlərdə araşdırmaları göstərir ki, ildə bir dəfə müəyyən müddət ərzində ac qalma bədənin özünün müalicəsini təmin edir. Əslində bütün dinlərdə müəyyən müddətə aclıq (oruc) məhz buna xidmət göstərir. Yəni insan müqəddəs aylarda əslində Tanrı üçün deyil, özü için yaxşılıq edir.

Bundan başqa, aclıq bədənin təmizlənməsi və təravətlənməsinə də xidmət göstərir. Xüsusən də qırışlar azalır və yaşlılıq ləkələri solur. Dərinin elastikliyi özünə qayıdır, rəngi açılır. Dəridəki çirklənmə, səpkilər azalır. İnsan tərləyərkən ondan pis qoxu gəlmir. Hətta yay aylarında belə tərləmə azalır. Qaraciyər təmizləndiyi üçün gözün ağında sarılıq, bulanıqlıq təmizlənir, körpə gözü kimi maviyə çalan ağlıq yaranır. Aclığın ilk anlarında aqressivliyi yatırma iradəsi baş tutarsa, o zaman tezliklə baş ağrısı, qulaqlarda küy azalır, ürək döyüntüsü hətta taxikardiyadan əziyyət çəkən insanlarda belə tənzimlənir. Müəyyən dönəmdə aclıq zamanı diş ətinin daşları da ovulub tökülür. Dodaqda və ya bədənin digər yerlərində herpesdən (uçuq) əziyyət çəkənlərdə ən az iki il belə problem yaşanmır. Dilin çəhrayılığı, təmizliyi özünə qayıdır. Nəfəs ilk başlarda pis qoxulu olsa da, sonra düzəlir, yüngülləşir, yatarkən nəfəs alma daha tənzimli olur, boğulma hissi yaşanmır. Bədənin digər orqanlarında ağrı-sızılar varsa, çəkilir. Bağırsaqların fəaliyyəti asanlaşır, hətta babasildən əziyyət çəkənlər bu problemi keçmişdə qoyurlar.

Aclığın daha bir müsbət tərəfi cinsi həvəsin artmasıdır. Tox insana istirahət hissi, yuxu güc gəldiyinə görə cinsi yaxınlığa həvəssiz olur. ABŞ-da bu məqsədlə 10-15 günlük aclıq kursları keçirilir. Kursa qatılanlar etiraf edirlər ki, əvvəllər yaşadıqları cinsi zəiflik problemlərindən əsər-əlamət qalmır. Üstəlik bədəndə indiyədək "kəşf" etmədiyi yeni erogen nöqtələr baş qaldırır. Həmçinin bədən toxunuşa daha həssas olur, tərəflərin qarşılıqlı həzzi asanlaşır. Bədəndə cavanlaşma getdiyi üçün qadınlar 45 yaşdan sonra da hamilə qala bilirlər.
Yeri gəlmişkən, aclıqla müalicə eradan əvvəl də çoxallahlı dinlər tərəfindən tövsiyə olunurdu. Qədim yunan alimləri Platon, Sokrat, Hippokrat, Pifaqor ildə 10-15 gün ac qalmaqla özlərini müalicə edirmişlər.
Publika.az

Sağlamlıq     Baxılıb: 2581   Tarix: 27 aprel 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

turlar.az

aksessuarlar həkim məsləhəti geyim şəkilləri gundelik burcler toyuq yeməkləri əkizlər bürcü sizanaqlara qarsi vasite kosmetika arıqla google ariqla burclerin uyumu həsən bəy zərdabi