Ət xalları haqqında tövsiyyələr
Ət xalı - insan orqanizmində papilloma virusu ilə əks olunan dərinin xoşxassəli inkişafıdır. Onlar bədənin müxtəlif yerlərində yarana bilirlər.
Ət xallarını virusların tipinə, formasına, dəridə yerləşməsinə görə bir neçə növə ayırırlar:
Adi ziyillər - ət xalları əldə, barmaqlarda yerləşə bilir, həmçinin bədənin digər nahiyyələrində də görünə bilir,
Səthi xallar - çox vaxt üz, boyun, əllər, biləklər və dizdə çox sayda yarana bilər,
Zəif görünən ət xalları - göz qapaqları və dodaq ətrafında lokalizasiya alırlar,
Genital ət xalları - cinsiyyət orqanlarında yerləşir,
Mozaik ət xalları - sərt hissələrdə və ya əllərdə görünür,
Dırnağa yaxın yerləşən xallar - dırnaq plitəsi ətrafında lokallaşır, bəzi ət xallar dabanda təzyiq nöqtələrində tez-tez rast gəlinir.
Bu xallar yoluxucu olub, hər yaşda insanlarda müşahidə edilə bilər, uşaqlar və gənclər arasında daha çox yayılmışdır. Virusların yayılması çirklənmiş əllərdən və ya xəstə insanın dərisi ilə sıx təmasda olmaqdan yaranır.
Müalicənin müxtəlif üsulları var, lakin həmişə effektli olmur və müalicə mütləq dermatoloq tərəfindən fərdi şəkildə edilməlidir.
Xallardan özünüz qurtulmağa çalışmayın. Şəkərli diabet və ya immun sisteminin dəyişikliklərindən əziyyət çəkirsinizsə, mütləq dermatoloqa yaxınlaşın.
Ət xallarına, papilloma viruslarına özünüzün qeyri-peşəkar yanaşmanız düzgün olmayan ağır nəticələrlə davam edən digər xəstəliklərə yol aca bilər.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi