Hamilə qadın necə qidalanmalıdır?

Hamilə qadın necə qidalanmalıdır?İnsan sağlam həyat tərzi üçün ilk növbədə qidasına nəzarət etməlidir. Xüsusilə ana olmağa hazırlaşan xanımların qida menyusu daha diqqətlə seçilməlidir. Adətən hamilə qadınlara deyirlər ki, "sən iki nəfərin əvəzinə yeməlisən". Görəsən bu doğru fikirdir?
Əslində heç də belə deyil. Həkimlər çox yeməkdənsə, hamilə qadınlara keyfiyyətli və düzgün qidalanmağı məsləhət görür. Çünki bu, bətndəki uşağın inkişafına birbaşa təsir edir. Gələcək körpənin sağlamlığı, çəkisi hamiləlik dövründəki qidalanmadan çox asılıdır.

Ginekoloq Günay Hacıyevanın sözlərinə görə, ilk üç ay ərəfəsində hamilə qadının qidalanması adi haldan çox da fərqlənmir. Sadəcə zülal, karbohidrat və yağların qəbulu lazımdır. Bu zaman bitki mənşəli qidalar, meyvə-tərəvəz, giləmeyvələrdən istifadə edilməlidir. Növbəti aylarda isə menyuda zülalların miqdarı artırılmalıdır.
"Qadın heyvani zülallardan istifadə etməlidir. Bu, ətdə, balıqda, qaraciyərdə, yumurta sarısında çoxdur. Kalsiumu təmin etmək üçün bol miqdarda süd və süd məhsuları qəbul edilməlidir. Giləmeyvələrdən, çiyələk, pomidor, meyvələrin şirəsindən istifadə edilməlidir", deyə G. Hacıyeva qeyd edib.

Hamilə qadın konservləşdirilmiş ət məhsullarından, məsələn, kolbasa- sosiskadan imtina etməlidir. Onların tərkibində lazım olmayan yağ və konservantlar var. D vitamini və fosforla zəngin balığın qəbulu isə körpənin sinir sisteminin formalaşması uçün vacibdir. Amma balığın yağsız növləri məsləhət görülür.

İkinci üçaylıqda hamilə qadın şirniyyatdan bir az qaçmalıdır. Çünki bu dövrdə dölün çəkisi artmağa başlayır ki, bu da sonra problem yarada bilər. Bəzən hamilə qadınların iştahı qəribə qidalar çəkir. Məsələn, qışda qarpız, yayda müxtəlif şorabalar və s. Bəzən də onların meylindən heç yeməli olmayan şeylər keçir. Bütün bunlarsa hamilə qadının bədənində gedən köklü dəyişikliklərlə bağlıdır. Həkimin sözlərinə görə, bəzən gələcəyin anası təbaşir və ya palçıq yemək istəyir. Bu isə anada dəmir, fosfor, kalsium ionları, B-1 vitamininin çatışmazlığına dəlalət edir.

Hamiləliyin son aylarında isə qida rejiminə daha diqqətli yanaşmaq lazımdır. Doğuma bir ay qalmış həkimin məsləhəti ilə xanımlara balıq yağı verilməlidir ki, bu, uşaqda raxitliyin qarşısını alır. Bu ərəfədə mayenin qəbulunu da azaltmaq tövsiyə olunur. G. Hacıyeva doğuma iki həftə qalmış mayenin miqdarını 4 stəkana qədər azaldılmalı olduğunu qeyd edir.

Həmçinin bütün hamiləlik boyunca əlavə olaraq A, B1, B3, PP və D vitaminlərinin qəbulu vacibdir. Körpənin sağlamlığı naminə hamilə qadınlar bəzi şeylərdən imtina etməlidirlər. Belə ki, çaxır qan təzyiqini qaldırır. Pivə və şoraba böyrəyin yükünü artırır. Alkoqol, siqaret gələcək körpənin formalaşmaqda olan orqan və sistemlərinə mənfi təsir göstərir. Qızartma, acı, hisə verilmiş və yağlı yeməklərsə qaraciyəri, öd kisəsini həddən artıq yükləyir. Allergiyası olan qadınlara isə şokolad, sitrus bitkiləri, ekzotik meyvələr, dəniz məhsulları və qoz yemək məsləhət görülmür.

Ailə və Uşaq     Baxılıb: 4698   Tarix: 17 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

geyim və ayaqqabılar yay geyimləri 2026 geyim dəbləri hicab yay donları uşağın cinsiyyəti 2026 un geyimleri kosmetika bir arzum var vətən haqqında bayatılar dostluq vətən həsrəti vətənə aid bayatı