Həkim terapevt: 80% kovid xəstələri

Həkim terapevt: 80% kovid xəstələriƏldən-ələ gəzən kovid müalicəsi reseptləri insanları çox vaxt yanlış müalicəyə çəkir. Nəticəsi isə ağırlaşma olur.
Kovidin əsl müalicəsi hələ tibbə dəqiq məlum deyil. Özünüzdə müxtəlif ağır dərmanları sınamaqla, siz həkimlərə də yardım şansı qoymursuz.
Milli.Az xəbər verir ki, həkim terapevt Gövhər Məmmədova kovid Omikronun müalicəsi ilə bağlı ünvanlanan çoxsaylı suallara cavab verib.
"Anlamaq lazımdır ki, təxminən 80% xəstələr özləri immunitetləri hesabına sağalır, yüngül keçirənlərdə isə müalicəyə gərək yoxdur. Bu necə baş verir? İnsanın özünün müdafiə mexanizmi var. Virusa yoluxduqda, əvvəlcə qeyri-spesifik immun cavab gəlir, daha sonra anticisimlər hasil olur, bu zaman orqanizmdə müəyyən proseslər baş verə bilər.
Əgər bir xəstə simptomsuz, yüngül keçirirsə, o sadəcə sakit şəkildə evdə yataqda uzanıb gözləməlidir. Bu zaman bol maye, bəzi vitaminləri içmək olar. Heç bir antibiotik, hormonlar, digər lazımsız dərmanlar, immunstimulyatorlar lazım deyil.
Lakin bizdə necədir: xəstə test cavabı çıxan kimi poliklinikada sahə həkiminə zəng edir, o hansısa dərmanları yazır. Sonra xəstə tanışlardan, qohumlardan reseptlərini istəyir. Bir reseptdə 10-15 dərman preparatı yazılan müalicə sxemləri əl-əl gəzir.
Antivirus dərmanlardan - Favipiravir, Remdesevir qəbul etmək lazımdırmı?
Bu preparatların effektivliyi barədə dəqiq məlumat yoxdur, onların kovidi dəqiq müalicə etməsi şübhəlidir.
Ümumiyyətlə, kovidə qarşı sübut olunmuş dərman yoxdur.
Yadda saxlayın: həkim müayinəsi olmadan heç bir halda özbaşına dərman içmək olmaz. Bəzən insanlar aspirin, kardio maqnil qandurulducalara başlayır. Amma bəzən elə xəstə var ki, onun qanqatılaşmasında problem var, ona qətiyyən bu dərmanlar olmaz. Sizə uyğun olmayan əks göstərişli dərmanlar vəziyyəti ağırlaşdıra bilər.
Əgər kimsə desə ki, bu dərman zərərsizdir, heç bir əks təsiri yoxdur, o yalan deyir.
İstənilən bir dərman 2 tərəfli işləyir: faydası və zərəri.
Laborator analizlər, xüsusən qaraciyər, böyrəklər, qanın laxtalanması göstəriciləri yoxlanmadan ciddi dərmanlar, aqressiv müalicə yazmaq olmaz.
İstənilən virus yoluxmasında, birinci işiniz özünüzü təcrid edib, yataqda dinc vəziyyətdə qalıb, gözləməkdir. Yataqda qalmaq bütün günü uzanmaq demək deyil, buqanı qatılaşdırır. Damarların işləməsi üçün evin içində gəzişin, hərəkətdə olun.
Əgər pulsoksimetrdə oksigen göstəricisi 94-dən aşağı düşərsə, həkimə və təcili yardıma müraciət edin.
Xahiş edirəm, antibiotik içməyin, venadaxili antibiotik, hormon köçürməyin. Bu dərmanlar xəstənin vəziyyəti ağırlaşanda təyin edilir. Evdə qalan kovid xəstələrinə antibiotik heç lazım deyil, bunu birdəfəlik anlayın". /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1382   Tarix: 31 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

yay kolleksiyasi reseptler yemek reseptleri sac düzümləri qadindunyasi.az kakoslu paxlava hazirlanmasi kosmetika novruz bayramına aid hakışda bayatılar həsən bəy zərdabi ekizler burclər