İnsana yoluxan heyvan xəstəliyi

İnsana yoluxan heyvan xəstəliyiDuzsuz pendirə nəyə görə qadağa qoyuldu?

Xanim.az xəbər verir ki, Bildiyimiz kimi, bruselyoz xəstəliyinin yayılmaması üçün yoxlamalar başlayıb. Dövlət Baytarlıq Nəzarəti Xidməti duzsuz pendir satışının qarşısını almaq üçün bazarlarda yoxlamalar keçirir. Çünki, bruselyoz xəstəliyi qoyunun südündən hazırlanan məhsullarda daha çox olur. Kənd Təsərrüfatı Nazirliyi yanın­da Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ictima­yətlə əlaqələr şöbəsinin rəhbəri Yolçu Xanvəli bildirib ki, hazırlanan pendirlər satışa çıxarılmazdan öncə ən azı 45, 60 gün duzun içəri­sində saxlanılmalıdır. Bu müddətdə duz "brusella" adlanan virusu məhv edir. Göstərilən müddətdə duzda saxlanılan pendirlərin insan orqanizmi üçün təhlükəsi yoxdur.
Mütəxəssislərin bildirdiyinə görə, bruselyoz xəstəliyinin törədicisi olan brusell virusunun 6-ya qədər növü məlumdur. Kəskin, infeksion – allergik xəstəlik olub, əsasən qızdırma, sümük-oynaq, ürək-damar, urogenital, sinir sisteminin zədələnməsi, vegetativ pozğunluqlarla özünü biruzə verir. Kəskin və xroniki gedişə malik olur.

Bu xəstəliyi keçirmiş Vaqif Hüseynov xəstəlik zamanı qızdırmanın, oynaq ağrılarının olduğunu söylədi. Onun sözlərinə görə xəstəliyin ilk dönəmində bruselyozdan heç şübhələnməyiblər də, həkimə getdikdən sonra isə qanından analiz verib və onda bu xəstəlik aşkarlanıb. Müalicə müddəti isə 6 ay davam edib.

Xəstəlik barədə həkim infeksionist Kəmalə Hüseynova bruselyozun ciddi fəsadlara yol açan, hətta ölümlə nəticələnən bir xəstəlik olduğunu bildiridi:"Bruselyoz insanın digər orqanlarına ziyan vuraraq, meningitə, qaraciyərin böyüməsinə, dalağın zədələnməsinə gətirib çıxara bilir. Həmçinin sinir sisteminə də xələl yetirir, insanda işləməyə həvəs olmur, halsızlıq yaranır. Əsasən təzə pendirdən, bişməmiş ətdən, qaynadılmamış süddən insana keçir. Hətta heyvanın dərisini soyarkən və onun yunundan istifadə zamanı da əgər heyvan xəstədirsə virus insana keçə bilər. Onu da vurğulayım ki, xəstəlik insandan insana keçmir. Bu səbəbləri nəzərə alan insanlar özlərini qorumalıdırlar. Kənd yerlərində yaşayan insanlar isə heyvanlarının da sağlamlıqlarına mütəmadi nəzarət yetirməlidirlər". K.Hüseynova xəstəliyin müayinə və müalicə üsulları barədə də məlumat verdi. Həkimin sözlərinə görə xəstəlik iki formada- xroniki və kəskin- özünü biruzə verir:"Çox zaman insanlar elə bilir ki, qripə yoluxublar çünki, bruselyozda 37, 37.5 qızdırma, halsızlıqla müşahidə edilir. Lakin vaxt keçdikcə sağalmadıqlarını görəndən sonra həkimə müraciət edirlər. Onu da qeyd edim ki, bruselyoza xəstəliyinə yoluxan insanlar infeksionist yaxud terapevtə müraciət etməlidirlər. Xəstəlik xroniki formadadırsa xəstə mütləq harda müalicə alırlarsa həmin məkanda uçotda olmalı və ən azı 1 il müddətində nəzarət altında yoxlanılmalıdır. Yoxlamalar bruselyozun növündən asılı olaraq 3 yaxud 6 aydan bir aparılır. Kəskin şəkildə özünü bildirən bruselyoz zamanı isə fərdi yanaşma olmalıdır. Çünki, xəstəlik hər kəsdə bir başqa şəkildə özünü göstərir. Buna görə də hər bir xəstəyə indivual baxış önəmlidir".

Sağlamlıq     Baxılıb: 2896   Tarix: 12 yanvar 2018
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

yay kolleksiyasi toy makiyajlari qaşların formalari intim məktəb quymaq resepti donlar 2026 spermanin qadina faydasi kosmetika gözəllik qadin.az penis xerceng baldiza aid