Mütəxəssis Britaniya ştammı haqqında HƏR ŞEYİ AÇDI: Ölümcüllük dərəcəsi...

Mütəxəssis Britaniya ştammı haqqında HƏR ŞEYİ AÇDI: Ölümcüllük dərəcəsi...Dünyanın 110 ölkəsində COVID-19-un mutasiyaya uğrayan yeni ştammı (501Y.V1, B.1.1.7) aşkar edilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, artıq bir neçə halda Azərbaycanda da Britaniya ştammı təsdiqlənib.
Bəs Britaniya ştammı haqqında nə bilirik və ona qarşı necə davranmalıyıq?
Pulmonoloq, allerqoloq Ramin Nəriman bu istiqamətdə Publika.az-ın suallarını cavablandırıb.
- Ölkəmizdə koronavirusun Britaniya ştammına aid nümunələr tapılıb. Bu mutant növün hansı təhlükələrindən xəbərdarıq?
- Britaniya ştammı kəşf olunan ilk dövrlərdə belə bir fikir irəli sürüldü ki, bu mutant versiyanın yoluxuculuq qabiliyyəti koronavirusun digər mutant versiyalarına nisbətən 7-8 dəfə çoxdur, amma letallıq, yəni ölümcüllük dərəcəsi nisbətən zəifdir. Amma sonrakı tədqiqatlarda bunun əksi təsdiq olundu. Britaniya və Danimarkada aparılmış tədqiqatlarda sübut edildi ki, bu ştammın həm yayılma sürəti çoxdur, həm də ölümcüllük dərəcəsi digər ştammlarla müqayisədə 65-70% yüksəkdir. Bu isə o deməkdir ki, xəstəlik sürətlə yayılacaq. Bu da xəstəxanaların sürətlə dolmasına, COVID-19 xəstələrinin tibbi müayinə və müalicələrdən kənarda qalmasına və beləliklə, ölüm hallarının artmasına səbəb olacaq.
- Bu ştammın yayılmasına qarşı hansı tədbirlər görülməlidir?
- Britaniya ştammının koronavirusun digər növlərindən fərqli qorunma qaydası yoxdur. Koronavirusun digər növlərindən qorunma qaydaları eynilə Britaniya ştammında da keçərlidir. Yəni bunun qarşısını almaq üçün hər hansı məxsusi profilaktik tədbir yoxdur.
- İstirahət günlərində kütləviliyin qarşısının alınması üçün ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasını, sms icazə kimi tədbirlərin görülməsini nə dərəcədə təsirli hesab edirsiniz?
- Əslində, karantin infeksiyanın yayılmasının qarşısını almaq üçün deyil, onun yayılma sürətini zəiflətmək üçündür. Bütün tədbirlərin nəticəsi olaraq gördük ki, xəstəlik öz gedişində davam edir və xəstəxanalarda çarpayıların doluluq səviyyəsi dəyişmir.
Digər tərəfdən, karantin birtərəfli qaydada tətbiq olunur. Yəni qaydalar qüvvəyə minir, amma müəyyən nüanslar nəzərə alınmır. Məsələn, ictimai nəqliyyatda sərnişin sıxlığının qarşısını almaq üçün heç bir tədbir görülmür. Xətlərdəki avtobusların sayı artırılmır. Buna görə də ictimai nəqliyyatda sıxlıq yaranır və digər karantin qaydalarının əleyhinə işləyir. Xəstəliyin sürətlə yayılmasına səbəb olur. Bu xəstəlik dalğavari şəkildə gedir, həyat tərzimizə çevrilməyə başlayır. Ola bilsin ki, pandemiya illərlə davam etdi. Amma cəmiyyət illərlə karantin qaydaları altında yaşaya bilməz.
Mütəxəssis Britaniya ştammı haqqında HƏR ŞEYİ AÇDI: Ölümcüllük dərəcəsi...- Pandemiya kütləvi peyvəndləmədən sonra sovuşacaqmı?
- İstənilən infeksion xəstəliklə mübarizədə ən yaxşı profilaktik vasitə vaksindir. Amma vaksinlər tətbiq olunandan dərhal sonra qoruyuculuq qabiliyyəti əldə olunmur. Məsələn, koronavirusa qarşı vaksinasiyadan sonrakı 6-8 həftə müddətində immunitet formalaşır. Həmin müddətdə bəzi insanların vaksinasiyadan keçməsinə baxmayaraq, virusa yoluxması və xəstələnməsi qeydə alınır. Bu da COVID-19-a qarşı vaksinasiyaya müəyyən dərəcədə inamı azaldır. İnsanlar dərk etməlidir ki, vaksindən dərhal sonra yox, müəyyən müddət sonra qoruyuculuq qabiliyyəti yaranır. Bu səbəbdən vaksinasiyadan sonrakı müddətdə qorunma qaydalarına riayət olunması və vaksinasiya prosesinin sürətləndirilməsi nəticəsində gələcəkdə pandemiyanın sürətinin azalmasını gözləmək olar.
- Hansı müddətə qədər məhdudiyyət çərçivəsində yaşayacağımızı proqnozlaşdırırsınız?
- Bu günə qədər 120 milyondan çox insan koronavirus xəstəliyinə tutulub. Dünya əhalisinin sayı 7 milyard civarındadır. 120 milyon 7 milyardın heç 2 faizini təşkil etmir. 3 aya yaxındır ki, dünyada vaksinasiya prosesi gedir və dünya miqyasında 400 milyona yaxın insan vaksinasiyaya cəlb olunub. Bu da dünya əhalisinin sayı ilə müqayisədə 5 faizə yaxındır. Bu 1 il müddətində dünya əhalisinin 2 faizə yaxınının virusa yoluxduğunu nəzərə alsaq, COVID-19 infeksiyasının uzun müddət davam edəcəyini düşünmək olar. Doğrudur, vaksinasiya infeksiyanın sürətini müəyyən dərəcədə azaltmağa kömək edəcək, amma yenə də xəstəliyin uzun müddət gedəcəyini proqnozlaşdıra bilərik.
Zümrüd

Sağlamlıq     Baxılıb: 3099   Tarix: 18 mart 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

turlar.az

aksessuarlar hamilelikde qidalanma sade makiyaj sekilleri cennet almasi murebbe plovlar üzdə civzələr ana haqqinda atalar sözləri kosmetika bedii edebiyyat janrlar tut ağacı tutdudu sağlamlığın sirleri sanamalar