Myasnikov: "Koronavirus gözlənilməzliyini nümayiş etdirdi
Məşhur həkim və televiziya aparıcısı Aleksandr Myasnikov koronavirus infeksiyasının planetdə dalğalarla yayıldığını bildirib. Onun fikrincə, dalğa tamamilə getməyib. Bir çox ölkədə yoluxma sayında qeydə alınan artım "üçüncü dalğa" adlandırılır.
Publika.az xəbər verir ki, mütəxəssis bu barədə teleqram kanalında yazıb.
"Koronavirus dünyada dalğalar halında dolaşır. Əslində bu belədir. Yalnız dalğa tamamilə sıfıra enməyib. İlk dalğanın şokundan sonra hər şey elə görünürdü ki, bitib. Buna baxmayaraq, müəyyən sayda insan xəstələnməyə davam etdi. Payız aylarında dalğalanmanın olacağı proqnozlaşdırıldı, hamı bunun birincidən daha az olacağına ümid edirdi, lakin əksi baş verdi. Ölüm sayı azalsa da, yoluxma sayı barədə eyni fikri demək olmaz", - həkim qeyd edib.
Myasnikov əlavə edib ki, koronavirus bir daha gözlənilməzliyini nümayiş etdirdi. Həkimin sözlərinə görə, bəzi göstəricilərdə azalma olacaq, üç-dörd ay ərzində əldə edilən səviyyədə sabitləşmə müşahidə ediləcək və sonra payız dalğası başlayacaq.
Mütəxəssis yalnız vaksinasiyanın pandemiyanı zəiflədə biləcəyini vurğulayıb. Myasnikov ümid edir ki, vaksin virusun təbii gedişatını kəskin şəkildə dəyişəcək:
"Peyvənddən başqa digər karantin və qapanma tədbirləri infeksiya ilə mübarizədə daha zəif effekt verir".
Aytən Məftun









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz