Professor: "Virus yenidən aktivləşir, qapanma qaçılmaz ola bilər

Professor: "Virus yenidən aktivləşir, qapanma qaçılmaz ola bilərKoronavirus yoluxmalarının sayının artmasının əsas səbəbi kimi karantin tədbirlərinin yumşaldılması və əhalinin arxayınlaşmasını göstərmək olar. Restoranların və digər iaşə obyektlərinin açılması, insanların o məkanlarda toplaşması da bu məsələdə rol oynaya bilər. Artıq o da məlumdur ki, Türkiyə və digər ölkələrdə virusun daha sürətli yoluxuculuq xüsusiyyətlərinə malik olan yeni ştammları ortaya çıxıb.
Publika.az xəbər verir ki, bu sözləri Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib. Professor bildirib ki, aparılan tədqiqatlar mutasiya olunmuş virusun ölkəmizə gəldiyini göstərmir:
"Gələcəkdə bu virusun Azərbaycanda müşahidə olunması istisna olunmur, lakin hazırda belə bir ştamm qeydə alınmayıb. Odur ki, insanlara daha diqqətli olmağı, qaydalara məsuliyyətlə yanaşmağı tövsiyə edirəm. Əks halda karantinin sərtləşdirilməsi yenidən gündəmə gələcək. Pandemiya dünyada davam edir, zaman-zaman qapanmaların olması qaçılmazdır. Bu məsələdə insanların qoyulan tədbirlərə necə riayət etməsi də rol oynayır".
A.Allahverdiyev qeyd edib ki, ölkəmizdə vaksinasiya işləri sürətlə davam edir:
"Vaksin olunmuş şəxslərin artması xəstəliyin ağır gedişinin qarşısını alacaq. Eyni zamanda yoluxma sayının əhəmiyyətli dərəcədə azalmasına təsir edəcək. İlk aylarda vaksinə münasibət birmənalı olmasa da, artıq insanlar onun vacibliyini anlayıb. Könüllü şəkildə hər kəs vaksin vurdurmaq istəyir. Hazırda vaksinasiyanın ikinci mərhələsi həyata keçirilir.
Birinci mərhələdə vücuda inaktivləşdirilmiş virus vurur və immuniteti onunla tanış edirik. İkinci mərhələdə isə artıq immun hüceyrələr virusu tanıdığı üçün daha aktiv şəkildə hərəkət edir".
Alimin sözlərinə görə, ekologiyanın dəyişməsi, dünyanın qloballaşması, təbiətin çirklənməsi gələcəkdə digər infeksiyaların da ortaya çıxması üçün böyük bir təhlükə yaradır:
"Müəyyən müddət sonra müxtəlif infeksiyaların növbəti pandemiyaların yaranmasına səbəb olacağı gözləniləndir. Odur ki, indiki şəraitdə hərbi təhlükəsizlik ilə yanaşı, səhiyyə sistemi etibarlı olmalıdır. Səhiyyə güvənliyini təşkil edən ayrı-ayrı xəstəxanalar deyil, dövlətin tabeliyində olan elmi-tədqiqat institutlarıdır. Elmi-tədqiqat institutları dünyanın hər yerində dövlətin nəzarəti altında və dəstəyi ilə çalışır. Hesab edirəm ki, ölkəmizdə bu sahənin inkişaf etdirilməsi son dərəcə önəmlidir. Strateji addım olmalıdır. Hər an hər hansı təhlükə ola bilər. Belə elmi mərkəzlərin olması dövlətin təhlükəsizliyini təmin edir. Vətən müharibəsində düşmən bizə qarşı qadağan olunmuş silahlardan istifadə etdi. Dövlətlər gizli saxlasa da, özləri bioloji silahlarını hazırlayır. Belə vəziyyətdə hazırlıqlı olmalıyıq.
O da ola bilər ki, ikinci vaksinasiya yetərli olmasın. Hətta mərhələli şəkildə üçüncü və dördüncü vaksinasiyanın da aparılması ola bilər. Bu durumda vaksinlərə ehtiyac daha da arta və vaksin istehsalı bir biznesə çevrilə bilər. Belə olan halda bu işi hansı ölkənin vicdanla yerinə yetirəcəyi sual altındadır".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2264   Tarix: 11 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

turlar.az

aksessuarlar hamilelikde qidalanma sade makiyaj sekilleri cennet almasi murebbe plovlar üzdə civzələr ana haqqinda atalar sözləri kosmetika bedii edebiyyat janrlar tut ağacı tutdudu sağlamlığın sirleri sanamalar