Qadınlar arasında ən çox rast gəlinən ginekoloji xəstəlik

Qadınlar arasında ən çox rast gəlinən ginekoloji xəstəlikQadınlar arasında ən çox rast gəlinən ginekoloji, onkoloji problemlərdən biri uşaqlıq boynu xərçəngidir. Vaxtında aşkarlanmadığı halda bu onkoloji problem ölümə səbəb olur. Halbuki dünyada ən çox ölümə səbəb olan onkoloji xəstəliyiklərdən birinin qarşısını vaxtında aparılan Pap Smear (pap test) müayinəsi ilə almaq olar. Bu müayinə necə aparılır? Qadınlar bu müayinədən nə zaman keçməlidir?
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, mama-ginekoloq Şölə Əkbərova məqaləsində Pap-Smear müayinəsi barədə ətraflı məlumat verib:
Qadın sağlamlığının təmin edilməsi üçün inkişaf etmiş ölkələrin səhiyyə sistemləri tərəfindən müxtəlif önləyici (profilaktik) müayinə və prosedurlar istifadə olunmaqdadır. Bunlardan biri olan və əsasən xərçəngönü patologiyaların erkən diaqnostikasını təmin edən müayinə-Pap Smear testidir.
Pap Smear (pap test) nədir? Kimlər bu müayinəyə cəlb olunmalıdırlar?
Test, öz adını yunan alimi Qiorqios Papanikolaunun şərəfinə almışdır. Məqsəd-uşaqlıq yolu və boynunun xərçəngönü və xərçəng xəstəliklərinin diaqnostikasıdır. Uşaqlıq boynu xərçəngi, inkişaf etməkdə olan ölkələrin qadınları arasında onkoloji səbəbdən ölüm sayına görə üçüncü yerdə durur. Halbuki, ABŞ kimi inkişaf etmiş ölkələrdə bu patologiyaya daha az rast gəlinir. Səbəb-qadınların mütəmadi olaraq pap test müayinəsindən keçməsi və erkən diaqnostika nəticəsində, düzgün müalicənin aparılmasıdır.
Testin mahiyyəti, xüsusi fırça vasitəsilə uşaqlıq boynunun transformasiya zonası adlanan bölgəsindən sürüntünün (yaxma) götürülməsi ilə sitoloji müayinəsidir. Məhz buna görə də, pap testə -uşaqlıq boynunun sitoloji yaxması da deyilir. Bu müayinədən-cinsi həyata başlamış, yaşı 21-dən yuxarı olan xanımlar ildə bir dəfə keçməlidirlər. Nəzərə alsaq ki, uşaqlıq boynu xərçənginin yaranmasında İnsan Pappiloma Virusu (HPV) böyük rol oynayır, bu səbəbdən müayinə zamanı Pap test ilə yanaşı HPV-nin müayinəsi və təhlükəli ştammlarının təyini, nəticəni daha da informativ edir. Üç il ərzində aparılmış Pap test və HPV müayinəsi neqativ olursa, müayinəni 2-3 ildən bir aparmaq olar.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, menopauza dövründə olan və ya hər hansı bir səbəbdən histeroektomiya (uşaqlığın alınması) əməliyyatına məruz qalmış, lakin uşaqlıq boynu saxlanılmış qadınlar da Pap test müayinəsindən keçməlidirlər. 
Eyni zamanda Pap testə tabe tutulmayan kontingentdə var ki, bu-uşaqlıq boynu ilə birgə uşaqlığı əməliyyat yolu ilə götürülmüş və daha öncəki Pap test müayinələrinin nəticəsi neqativ olan, yaşı 65-dən yuxarı qadınlardır.
Xərçəngönü və xərçəng xəstəliklərinin nə qədər həyati təhlükəli olduğunu və müalicədən sonra belə bir qism xanımların sağlamlığında xoş olmayan iz buraxdığını ifadə etmək artıq olardı. Təbliğata baxmayaraq, bəhs etdiyim və dünya praktikasında geniş yayılmış bu test cəmiyyətimizin qadın kütləsi tərəfindən hələ də birmənalı qarşılanmır. Təcrübəyə əsasən, müraciət edən pasientlərimin əksəriyyəti bu müayinədən xəbərsizdir, xəbəri olanların bir qismi isə nəticədən qorxduqları üçün müayinədən yayınmağa çalışırlar. Halbuki erkən qoyulmuş diaqnoz şübhələrdan yayınmaqla bərabər, düzgün müalicə taktikasının seçilməsinə birbaşa vasitəçidir.
Unutmayaq, profilaktik, sadə bir müayinə həyatımızı xilas edə bilər!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1426   Tarix: 02 may 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

kosmetika mehsullari həkim məsləhəti toy makiyajlari seksual pozalar toyuq yeməkləri şorba reseptləri pizzalar kosmetika gozellik novruza aid hakisdalar novruz hakistalari intim munasibetler bayatılarımızda vətən həsrəti