Qısqanclığın azı faydalı ,çoxu zərərlidir!

Qısqanclığın azı faydalı ,çoxu zərərlidir!Qısqanclığın azı faydalı çoxu zərərlidir. Qısqanclıq müəyyən bir ölçüyə qədər əlaqələrə canlılıq qatar. Ancaq qısqanclığı şişirtsəniz nəticələri çox pis ola bilər.

Gənc-yaşlı, qadın-kişi hər kəs həyatında ən az bir dəfə də olsa qısqanar. Aşiq olduğun adamın başqasına maraq göstərməsi, şübhəli davranışlar, aldatma… Qısqanclıq həm qısqananın, həm də qısqanılanın həyatını zəhər edə bilər. BBC, bu ,hər kəsə tanış olan bu duyğunu araşdırmışdır. Hərdənbir edilən qısqanclıq, əlaqələrin canlı qalmasını təmin edə bilər. Ancaq, narahat edici və məntiq xarici ölçülərə çatdığında, çox zərər verici ola bilər.

Qısqanclığın təsirlərini yüngülləşdirmək üçün nə edə bilərik?

Psixoloq Paula Həll, qısqanclığın təsirlərini azaltmanın səbir və səy tələb etdiyini söyləyir. Hər kəsin qısqanma səbəbləri və hiss etdikləri fərqlidir. Psixoloq Ayala Malacha görə qısqanclıq, "Mövcud olan bir eşqə, əlaqəyə və ya onun keyfiyyətinə istiqamətli təhdidə bir reaksiyadır"… Qibtə və həsəddən fərqli olaraq ,həmişə üçüncü adam və itirmə qorxusu vardır. Qısqanan insan bir çox duyğunu eyni anda yaşayır, ağılından min cür fikir, düşüncə keçər, bir çox fərqli davranış formaları sərgiləyər.

Duyğular: Əzab,İztirab, əsəb, kin, kədər, həsəd, alçaldılma,inamsızlıq.

Düşüncələr: İncimə, günahlandırma, özünü rəqiblə müqayisə etmə, imicin sarsılmasından qorxma, özünə yazığı gəlmək.

Davranışlar: Özünü əldən düşmüş hiss etmək, titrəmək və tərləmək, davamlı sual vermək və qarşındakından davamlı zəmanət istəmək, təcavüzkar davranışlar, hətta şiddət.

Öldürər də, dirildər də...

Qısqanclıq dozasında olduğu müddətcə, var olan bir əlaqənin qorunmasını belə təmin edə bilər. Qarşındakına əmək verməyə, onun özünü qiymətli hiss etməsi üçün səy göstərməyə yönəldər. Üstəlik duyğuları gücləndirər, eşqin alovlanmasını təmin edər və sevişmələri daha ehtiraslı edər. Amma bir də eşqin dozasında olmadığı vəziyyətlər var…

Bəzən qısqanclıq xəstəliyə çevrılir.

Məsələn həyat yoldaşı köhnə tanışı ilə rəqs etdiyi üçün bir kişi dava salar bilər və ya qadın həyat yoldaşının yeni müdiri gözəl bir qadın olduğu üçün hövsələdən çıxar. Bax, bu tərz qısqanclıqlar gərginlik yaradar. Qarşıdakı özünü qısqanclığa şərait yaratmamaq üçün davamlı təmkinli davranmaq, ehtiyatlı olmaq məcburiyyətində hiss edər. Vəziyyətin fərqində olan qısqanc tərəf isə özünü günahlandırma və haqlı çıxarma arasında qalar.

Qısqanclıqla necə mübarızə aparmaq olar?

Cütlüklərə bəzən həyatı zəhər edən, ayrılmalarına belə gətirib çıxaran qısqanclıq duyğusu ilə mübarizə aparmaq, əslində heç də asan deyil. Uzun zaman və əmək istəyən bir mübarizə ola bilər. Əgər, qısqanclığınızın uşaqlığınızda yaşadıqlarınızdan qaynaqlandığını düşünürsünüzsə, bir psixoloqa müraciət etmənizdə fayda var.

Uşaqlığınızla əlaqədar əlaqə qura bilmirsinizsə o zaman bu nöqtələri nəzərdən keçirməniz faydalı ola bilər… Qısqanclığınızın həqiqi olub olmadığını nəzərdən keçirin. Onu niyə qısqandığınızı düşünün. Həqiqətən əlaqənizə istiqamətli bir təhdid söz mövzusudurmu? Sizin rəftarlarınız əlaqənizin pisləşməsinə səbəbdirmi?

Öz özünüzü təlqin edin. Qısqanclıq əlamətləri hiss etdiyinizdə partnyorunuzun sizi sevdiyini, sizə bağlı olduğunu və sizə hörmət etdiyini xatırlayın. Sevilməyə layiq, xoş bir insan olduğunuzu və tərs gedən bir şeylərin olmadığını söyləyin öz özünüzə.

Yoldaşınız sizə göz açmağa belə imkan vermirsə…Hadisəyə fərqli bir baxımdan yaxınlaşın. Qısqanclığın sevgi əlaməti olduğunu xatırlayın. Dərhal özünü müdafiə etməyə keçməkdənsə, onu anlamağa çalışın. Öz davranışlarınızı nəzərdən keçirin. Müəyyən davranışlarınızın partnyorunuzun sizi qısqanmasına səbəb olduğunu bilirsinizsə, bu davranışlarınızı dəyişdirməyə çalışın.

Verdiyiniz sözləri yerinə yetirin , edə bilməyəcəyiniz sözlər verməyin. Onun etibarını qazanmağa çalışın. Ona, onu nə qədər sevdiyinizi söyləmək üçün hər fürsəti qiymətləndirin. Onu niyə sevdiyinizi izah edin. Kompliment deyin, gələcək xəyallarınızı paylaşın.


Ailə və Uşaq     Baxılıb: 2650   Tarix: 14 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

turlar.az

qadin dunyasi geyim şəkilləri gelinlikler qadın alt paltarları həftəlik bürclər qadın və texnologiya fantaziya kosmetika veten haqqinda bayati turpun nağlı ekizler kahfe falı bayatılar