SON DƏQİQƏ! ƏHALİYƏ BƏD XƏBƏR: ətin qiyməti KƏLLƏ - ÇARX OLDU

Natiq Cəfərli: "Ətin qiymətinə benzinin bahalaşması da təsir etdi"

Son 1 ayda ölkədə ətin pərakəndə satış qiymətində artım tendensiyası müşahidə olunur. Artıq son günlərdə Bakıda mal ətinin bir kiloqramı 11-12 manat, quzu əti isə 10-11 manat arasında, bəzi yerlərdə isə hətta 14-15 manata qədər yüksəlib. Yay aylarında adətən, ətin qiyməti ucuzlaşsa da, bu il əksinə olub. Satıcılar bunun səbəbini bölgələrdən gətirilən mal və quzu ətlərinin topdansatış qiymətinin qalxması ilə əlaqələndirib. Rayon satıcıları isə deyir ki, bunun səbəbi heyvanlar üçün nəzərdə tutulan yemlərin, saman, yonca, quru ot bağlamalarının qıtlığıdır. Fermerlər deyir ki, bir ay əvvəl 2 - 2,50 manata satılan ot bağlamasının qiyməti hazırda 4 manat 50 qəpikdir.

Bəs bazarda əsl vəziyyət necədir? Bahalaşmanın kökündəki real faktor nədir? Bu suallara cavab tapmağa çalışaq.

Qiymətlərin qalxmasının başlıca səbəbi olaraq yonca əkini üçün ayrılmış torpaq sahələrinin azaldılması və pambıqçılığın tətbiq olunması ilə əlaqələndirilir. Belə ki, heyvandarlıq üçün əsas qida hesab olunan yonca bağlamasına (presinə) tələbatın ödənmədiyi üçün avtomatik olaraq "yonca presi"nin qiyməti qalxır və nəticədə yem xərcləri heyvandarlığın əsas xərclərinin yarısından çoxunu təşkil etdiyi üçün bu qiymət artımı ətin də qiymətinə birbaşa təsir edir. Amma məsələnin kökündə başqa amillər də var. Sözsüz ki, "yonca məsələsi" qiymətlərə təsir etsə də, hər halda birbaşa səbəb kimi görünmür.

Məlumdur ki, bu il Azərbaycana gələn turistlər arasında ərəblər çoxluq təşkil edir. Ət yeməyi sevən ərəb müştərilər uğrunda sanki "savaş" gedir. Yəni, yoncanın qiymətinin artımının ətin qiymətinə təsiri təbii proses deyil. Amma ərəblərin gəlişi ilə ətə tələbatın artması səbəbindən qiymət artımının olması təbiidir.

Təbii faktor zamanı sahibkar qiyməti artırmaya bilər. Çünki tələb artırsa, qiymət artmasa belə, sahibkar əlavə qazanc əldə edəcək. Amma süni təsir o vaxt olur ki, sahibkar bu halda qiyməti qaldırmaya bilmir, yoxsa ziyana uğrayacaq. Ərəblərin gəlişini fürsət bilib bundan istifadə etməyə çalışan sahibkarın qərarından sonra ətin qiyməti arta bilər.

Qiymət artımının arxasındakı başqa bir nəzərə çarpmayan səbəb isə ərəblərin Azərbaycandan qoyun alıb aparmaqları bildirilir. Məlumdur ki, hər il Həcc ziyarəti ərəfəsində ərəblər müxtəlif ölkələrdən minlərlə qoyun alıb aparırlar. Bu ildən Azərbaycandan alınan qoyunların sayının artdığı söylənilir. Bu faktorun qiymət artımına təsir etməsi ehtimalı da səsləndirilir. Lakin, müşahidələr onu göstərir ki, Azərbaycandan hansısa ərəb ölkəsinə qoyun satılması ilə bağlı sənədləşmələr və məlumatlar yoxdur. İllərdir Ərəbistanda oturuşmuş sistem var. Onlar Həcc ziyarəti ərəfəsində Avstraliya və Yeni Zelandiyadan qoyun gətirirlər və kəsilən qurbanları daha çox Afrika ölkələrinə paylayırlar. Yəni, Azərbaycanın Ərəbistandakı tələbi qarşılaması real görünmür.

İqtisadçı-ekspert Natiq Cəfərli qiymət bahalaşmasını sürətləndirən amil kimi benzinin qiymətinin artımının təsirli olduğunu söyləyib: "Doğrudur, ətin qiymət artımı tendensiyası benzinin bahalaşmasından öncə başlasa da, benzinin bahalaşması bu tendensiyanı sürətləndirdi. Belə ki, bölgələrdən Bakıya iri və xırdabuynuzlu heyvan gətirənlər benzin bahalaşandan sonra onların daşınma xərcini də ətin üzərinə gəldilər. Çünki, benzin bahalaşdığı üçün sərf edilən yanacaq xərci də çoxaldı. Artıq xərci çıxan mal və qoyun satan şəxslər bu xərci ətin üzərinə gəlməklə kompensasiya etməyə başladılar".

(cebhe.info)
SON DƏQİQƏ! ƏHALİYƏ BƏD XƏBƏR: ətin qiyməti KƏLLƏ - ÇARX OLDUSON DƏQİQƏ! ƏHALİYƏ BƏD XƏBƏR: ətin qiyməti KƏLLƏ - ÇARX OLDU

Xəbərlər     Baxılıb: 7371   Tarix: 31 iyul 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

sac duzumleri kosmetika mehsullari geyim şəkilləri hamileliyin elametleri saglamlig konservləşdirilmiş məhsullar qadın sonsuzluğu kosmetika kahfe kali arıqla yemek reseptleri naz mila usaq seirleri