Südəmər uşağın qidalanma gigiyenası

Südəmər uşağın qidalanma gigiyenasıSüdəmər uşağın yeməyini ayrı bişirmək lazımdır! Südəmər uşaq azca böyüyən kimi (bir neçə aydan sonra) bəzi analar ona ailənin böyük üzvlərinə hazırlanan azca əzilmiş yeməkdən verməyə başlayırlar. Bu, çox zərərdir! Böyüklərin yeməyi südəmər uşaqda ağır ishal törədə bilər. Bu cür yemək yeyən uşaqlar köpmüş, solğun olurlar, onların xəstə görkəmi olur. Ana uşağa "lazım olan hər şeyi" verməsinə baxmayaraq uşağın pis inkişaf etməsi ananı narahat edir. Südəmər uşağın pis inkişaf etməsi ananı narahat edir. Südəmər uşağın orqanizmi əzilməmiş və ya lazımınca əzilməmiş qidanı çox pis həzm edir, bu cür qida həzm olunmayıb bağırsaqlardan olduğu kimi çıxır. Uşaq ac qalır.
Südəmər uşağın yeməyini hazırladıqda təmizliyə xüsusi fikir vermək lazımdır, çünki böyüklər üçün zərərsiz olan bəzi bakteriyalar südəmər uşaqlarda ağır xəstəliklər törədə bilər.
Südəmər uşağın qabı (krujka, kasa, boşqab, qaşıq, kiçik ələk, sürtgəc və s.) ayrı olmalıdır! Bu qabdan böyüklər və ya başqa uşaqlar istifadə etməməlidirlər.
Südəmər uşağın qab-qacağını hər gün qaynatmaq lazımdır. Uşağın qablarını böyüklərin qablarından ayrı yumaq lazımdır. Uşağın qablarını yuduqdan sonra silmək olmaz: isti su qabdan axdıqdan sonra onu təmiz qab dəsmalına (bunun üçün ayrılmış dəsmala) bükür və işlətmək istəyəndə üstünə qaynar su gəzdirirlər.
Uşağın yeməyini necə qızdırmalı? İçində uşağın yeməyi olan qabı birbaşa ocağa qoymaq olmaz, çünki o çox vaxt qızar, yaxud lazım olduğundan qatı olar. Uşağın yeməyi tökülmüş kasanı və ya stəkanı su tökülmüş qazana qoyub ocaqda qızdırmaq lazımdır. Fikir vermək lazımdır ki, içində yemək olan qaba qazandakı sudan düşməsin. Südəmər uşağı qaşığın kənarları iti deyilsə, ucu dəyirmidirsə adi çay qaşığı ilə yedizdirmək olar. Bu cür qaşıqla həm yeni doğulmuş uşaqları, həm də 3 yaşına qədər uşaqları yedizdirmək olar.
Südəmər uşaq dəstəkli stəkanı və ya krujkanı əlində yaxşı saxlayır. Südəmər uşağı şüşə və ya çini kasadan yedizdirmək daha yaxşıdır. Odadavamlı şüşədən qayrılmış balaca qazan çox münasibdir .Onu qabaqcadan qızdırdıqda yemək gec soyuyur. Uşağa odadavamlı şüşədən qayrılmış kasada yemək bişirmək rahat olur. Fikir vermək lazımdır ki, şüşə qab çatlaq və diş-diş olmasın. Adətən uşaqlar müəyyən bir kasaya, krujkaya və ya stəkana öyrəşirlər və bəzən başqa qabdan yemək istəmirlər. Ana uşağın bu vərdişini nəzərə almalıdır. Uşağı məcbur etmədikdə onu başqa qaba da alışdırmaq mümkündür.

Mümkün qədər metal, alüminium və ya emallanmış qabdan istifadə etməməli. Belə qab sınmır və qaynamaya yaxşı davam gətirir, lakin onu təmiz saxlamaq çox çətindir (çirki görünmür) ağzı əyilir, içində yemək isə tez soyuyur. Emallanmış qabın emalı tez qopur, həmin yer paslanır,; buna görə də uşağın yeməyinə zərərli, toksiki maddələr düşə bilər. "Sınmayan" qabın başqa bir qüsuru məhz onun bu xassəsidir. Bu cür qab sınmadığı üçün uşaq onu atmağa vərdiş edir. Uşağa başa salmaq lazımdır ki, stəkan və ya kasanı atmaq olmaz, çünki sına bilər.

Ailə və Uşaq     Baxılıb: 4230   Tarix: 11 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

turlar.az

qis geyimləri 2026 qaşların formalari hamiləlik ziyafət geyimləri 2026 sifahi xalq edebiyyati haqqinda cizgi filmləri kesmikli blincik kosmetika novruza aid hakışda hakista sozler aydin sani narin faydasi haxista