Udma zamanı çətinlik çəkirsiniz? Dərhal həkimə müraciət edin

Udma zamanı çətinlik çəkirsiniz? Dərhal həkimə müraciət edinUdma aktı mürəkkəb fizioloji prosesdir. Bu prosesdə müxtəlif əzələ qrupları iştirak edir, baş beyinin müəyyən sahələri isə bu prosesi kontrol edir.
Saglamolun.az bildirir ki, sağlam insanın orqanizmi udma aktını avtomatik olaraq təmin edir. Sağlam insan qidanı udduqda heç bir çətinlik çəkmir, onda xoşagəlməz hisslər yaranmır. Lakin bəzi pozulmalar zamanı udma prosesində müəyyən dəyişiklilər əmələ gələ bilər - insan udma zamanı əziyyət çəkin, çeçəyir, qida "ilişir", asan keçmir və s. Tibdə bu pozulma "disfagiya" adlandırırlır.
Nəzərinizə çatdıraq ki, bu çox ciddi simptomdur. Bəzi hallarda bu simptom insanda olan ağır xəstəliyin əlaməti ola bilər. Bu səbəbdən udma prosesində hər hansı pozulma hiss etdikdə dərhal həkimə müraciət edin.
İlk növbədə terapevtin müayinəsindən keçin. Müayinədən sonra terapevt sizi digər həkimlərin (qastroenteroloq, onkoloq, endokrinoloq, nevropatoloq) müayinələrinə göndərə bilər.
Udma prosesində pozulmaların əmələ gəlməsinin səbəbləri:
- Ən yayılmış və ən ziyansız səbəb - kəsin boğaz iltihabları (angina və s.). Boğazda olan ağrı və ödem qidanın normal udmasına mane olur. Təbii ki, udmanın pozulmasından əlavə insanda iltihabın digər simptomları da meydana çıxır - bədən hərarətinin yüksəlməsi, intoksikasiya (baş, əzələ ağrıları) və s.
- Qida borusunda şişin (xoş və ya bədxassəli) əmələ gəlməsi qida borusunuz daralmasına və nəticədə udma prosesinin çətinləşməsinə səbəb olur.
- Udlaqda,  qida borusunda divertikulların (qida borusunun divarlarında kisəvari gərmələr) əmələ gəlməsi də udmanın pozulmasına səbəb ola bilər.
- Reflüks xəstəliyi, qida borusunun kimyəvi yanıqları, cərrahi əməliyyatlar nəticəsində qida borusunda daralma, çapıqlar əmələ gələ bilər ki, bunun nəticəsində qida borusu daralır və qida buradan daha çətinliklə keçir.
- Qida borusunun selikli qişasının iltihabı (ezofagit) udmanın qısamüddətli pozulmasına səbəb ola bilər.
- Miasteniya xəstəliyi (müxtəlif əzələ qruplarının zəifliyi ilə müşayiət olunan xəstəlik)  zamanı insanın əzələləri zədələnir ki, nəticədə, o cümlədən, udma aktı pozula bilər.
- Çox ağır autoimmun xəstəliyi olan sklerodermiya xəstəliyi zamanı birşəldirici toxuma skleroz olur ("sklerosis" yunan dilindən "bərkimə, sərytləşmə "), bərkiyir, ki, nəticədə xəstənin müxtəlif orqan və sistemlərində (dəri, kiçik damarlar, mədə-bağırsaq sistemi, ağ ciyər, böyrəklər, ürək) ciddi pozulmalar yaranır. Bu pozulmaların arasında qida borusunun bərkiməsidir. Bu bərkimə nəticəsində xəstədə qida qəbulu zamanı ağrılar əmələ gəlir.
- Qalxanvari vəzi böyüməsi zamanı böyümüş vəz qida borusunu sıxır ki, nəticədə insan udma zamanı çətinlik çəkir.
- Bəzi nevroloji xəstəliklər (Parkinson xəstəliyi, yayılmış skleroz və s.) zamanı udma prosesində pozulmalar yaranır.
- İnsult zamanı insanın baş beynində ciddi pozulmalar inkişaf edir. Bunun nəticəsində xəstənin orqanizminin müxtəlif funksiyaları, o cümlədən, udma pozulur - xəstə udma zamanı çətinlik çəkir, çeçəyir və s. Bir çox hallarda bu pozulmalar duru qida və maye qəbulu zamanı inkişaf edir.
- Güclü stress, emosional pozulma zamanı da insanda udma prosesi pozulur. Bu hala daha tez-tez qadınlarda təsadüf edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1175   Tarix: 27 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

geyim və ayaqqabılar reseptler qadin dunyasi terminlər balamı sevirəm bayatilar vetene aid sifahi xalq ədəbiyyatı kosmetika qiz evi ucun dolça video hüzeyir hacibəyov novruz bayramina aid hakista