Xərçəng əmələ gətirən faktorlar

Xərçəng əmələ gətirən faktorlarSiqaret və siqaret tüstüsü.
Siqaret və siqaret tüstüsü xərçəngin əmələ gəlməsində rol oynayan əsas səbəblərdən biridir. Siqareti çəkən adam özünü zəhərlməklə yanaşı ətrafdakılara da çox böyük zərər verir. Siqaret və onun tüstüsünün tərkibində olan karbon qazları, bezpiren, fenol birləşmələri, nitrozamin, hidrozin, vinilxlorid, mişyak, müxtəlif radioaktiv maddələr həm siqaretdən asılı olan adamı, həm də ətrafındakıları zəhərləyir. Bu zəhərlənmələr də ağciyər, burun, udlaq, nəfəs və qida borusu, mədə-bağırsaq, mədəaltı vəz, sidik kisəs, uşaqlığın xərçənginə səbəb olur.
Müxtəlif cür dərmanlar.
Bəzi dərman vasitələrinin uzunmüddətli qəbulu süd vəzinin, qara ciyrəin, böyrəklərin və qanın xərçənginə səbəb olur. Bu dərmanlara tərkibində dietilstilbestrol, fenasetin, siklofosfamid və sitotoksik maddələr olan dərmanlar daxildir. Xərçəngin əmələ gəlmə dərəcəsi dərmanın qəbuledilmə vaxtından və dərmanın miqdarından asılıdır.
Spirtli işki qəbulu.
Spirtli içkinin həddindən artıq qəbulu və ondan yaranan asılılıq olduqda qaraciyər xərçənginə səbəb olur.
Müxtəlif kimyəvi maddələr.
Benzpiren, asbest, vinilxlorid, süalanma, benzol, radon, xrom, nikel, vinil birləşmələr və formaldehid kansoragen tərkibli maddələrir.  Onlarla mütamadi əlaqədə olmaq xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Radiaktiv və kimyəvi şüalanmanın əmələ gətirdiyi xəstəliklər şüalanmanın orqanizmə verdiyi radiasiyanın dərəcəsindən asılı olaraq dəyişir. Radiaktiv maddələr ən çox beyin və dəri xərçənginin əmələ gəlməsinə səbəb olur.
Ultrabənövşəyi şüalanma.
Ultrabənövşəyi şüalanma gün altında çox dayanan zaman meydana gəlir. Günəş şüası normada qəbul edildikdə orqanizmin vitamin D-yə olan təlabatını ödəyir. Amma normadan artıq gün şüasının qəbulu dəridə melanoma, karsinomanın əmələ gəlməsinə səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1485   Tarix: 16 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

Geniş istifadə olunan ağrıkəsici qruplarının tibbi nəzarətdən kənar və yüksək dozada qəbulu kəskin mədə qanaxması, qaraciyər toksikliyi və xroniki böyük çatışmazlığı kimi həyati fəsadlara yol açır.  xəbər verir ki, ağrıkəsic

.

Çərəz yeyərkən "tək bir şərt" var

Qoz-fındıq və digər çərəzlər ürək sağlığından xərçəngə qədər bir çox xəstəliyə qarşı qoruyucu təsiri ilə seçilir.  xəbər verir ki, çərəzlər su tərkibi aşağı, lakin protein, sağlam yağlar, lif, vitaminlər (xüsusilə E vitamini

.

Aralıqlı orucla bağlı mif dağıdıldı

Səhər yeməyindən imtina etmək çox vaxt zehni və fiziki məhsuldarlığın azalması ilə əlaqələndirilir. Buna baxmayaraq, son illərdə aralıqlı oruc adlanan qidalanma rejiminin populyarlığı kəskin şəkildə artıb. Milyonlarla insa

.

Dərmansız iki həftəyə yuxunu yaxşılaşdırmaq mümkün olacaq

Yuxu keyfiyyətini artırmaq üçün yalnız düzgün gündəlik rejimə riayət etmək kifayət etmir; yataq otağının temperaturunun 20-21 dərəcə səviyyəsində saxlanılması da vacib hesab olunur. xəbər verir ki, rusiyalı mütəxəssis Serge

.

Kərə yağı xərçəngdən ölüm riskini ARTIRIR

Kərə yağının yüksək miqdarda istehlakı xərçəng və digər ağır xəstəliklərdən ölüm riskini artırır. -a istinadən xəbər verir ki, bu barədə "The Mirror" nəşri Böyük Britaniyada aparılan araşdırmaların nəticəsinə istinadə

.

"Novruz"da bunu etmək qəti QADAĞANDIR

Novruz bayramı bolluq, bərəkət və zəngin süfrələrlə yadda qalır. . Həkimlər xəbərdarlıq edir ki, məhz bu günlərdə demək olar hər kəsin etdiyi bəzi vərdişlər sağlamlıq üçün ciddi risk yarada bilər. . Bayramın dadını çıxarma

.

Allergiya mövsümü başladı: Gözlərinizin qorunma yolları

Bir çox insan qaşınma, sulu gözlər, qızartı və göz qapaqlarının şişkinliyini mövsümi reaksiya kimi qəbul edir, lakin bu, həm də infeksiya ola bilər. xəbər verir ki, bunu rusiyalı həkim Karina Kozina yerli KİV-ə açıqlamasınd

.

Hamiləlikdə Daun sindromu riskini azalda bilən məhsul açıqlandı

Sardina balığı hamiləliyin erkən mərhələlərində uşaqda Daun sindromu riskinin azalmasına kömək edə bilər. xəbər verir ki, bu barədə Rusiyalı mama-ginekoloq Anastasiya Semyonenko bildirib. Onun sözlərinə görə, sardina "Omeqa-3"

.

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son günlər əhali arasında geniş yayılan və müxtəlif əlamətlərlə müşahidə olunan xəstəlik narahatlıq doğurur. Bir çox insan uzun müddət davam edən qripəbənzər simptomlardan şikayət edir, bəzilərində isə xəstəlik fərqli formalard

turlar.az

toy gecesi kosmetika mehsullari donlar 2026 öskürəyin təbii müalicəsi immun sistemi kivi murebbesi kosmetika rəksanə aslan novruza aid hakisdalar burcler haqqinda statuslar