Beş aldın, yoxsa dörd?

Beş aldın, yoxsa dörd?Məktəbə gedən uşağımızın həyatı bizim gözümüzlə başqa cür görünür, uşağımızın gözü ilə başqa. Biz: " Artıq böyüdü, mütləq yaxşı oxumalıdır " deyir, bunun üçün əlimizdən gələni edirik. Öz aləmimizdə fədakarlıq edir, yeməyib yedirir, içməyib içiririk. Yeganə istəyimiz isə övladımızın bu fədakarlıqların qiymətini bilməsi və canını dişinə tutaraq oxumasıdır. Ancaq nə fayda! Oğlumuz dəcəl, qızımız tənbəl... Beş gözlədiyimiz dərsdən dörd alırlar və üstəlik bunu heç özlərinə dərd də etmirlər! Biz yenidən " dövrəyə qoşulur ", xüsusi müəllimlər tutaraq övladımızın " bizə yaraşan " qiymətlər alması üçün qollarımızı

Dərslərinin yaxşı getdiyi dövrlər bizim ən xoşbəxt vaxtlarımızdır. Tez-tez gəzməyə gedir, orda-burda məktəbdən söz açaraq uşaqlarımızın uğurları ilə sevinirik. Deyəsən əsas istəyimiz də çox vaxt budur. Uşağın uğurlarını göstərərək, öz " gücümüzü " nümayiş

Əslində bütün bunlar nə qədər də komikdir. Çünki uşağımız məktəbə bizim gözümüzlə baxmır. Məktəb onun üçün yeni-yeni dostlar qazandığı, öz yaşıdları ilə oynayıb güldüyü, sevimli müəlliminin dilindən tökülən hikmət damlaları ilə ruhunu və qəlbini doyurduğu, yeni biliklər öyrənib gözəl vərdişlər əldə etdiyi başqa bir

Və məktəb də belə olmalıdır. Qiymət isə məqsəd deyil, sadəcə olaraq müvəffəqiyyətə aparan bir vasitədir. Uşağımız da dördlə beş arasındakı fərqi bizim ona münasibətimizə görə öyrənir. Bəs necə! Məktəbdən gələr-gəlməz " bu gün necə keçdi, yeni nə öyrəndin?" deyə soruşmamış ilk sualımız " bu gün neçə aldın?" olur. Uşaq " dörd " desə, vay halına! " Beş " desə, rahat oluruq. Uşaq da yavaş-yavaş bir şey öyrənmək əvəzinə, bütün gücünü beş almağa sərf edir. Buna görə də " şparqalkadan " istifadə etmək, yoldaşlarından köçürmək kimi saxtakarlıqlara belə əl atır. Çünki biz onu ancaq yaxşı qiymət alanda qəbul edir, sevgi göstəririk. Suallarımız davam edir:

- Sən dörd aldın, bəs filan uşaq neçə aldı?

Əgər o uşaq beş alıbsa, başlayırıq danlamağa...

- Utanmırsan! O, beş alır, sən niyə dörd alırsan? Sənin nəyin əskikdir?

Və beləcə, uşağımız həsəd hissini dadır. Onu təşviq etmək əvəzinə həsədə öyrədirik, necə deyərlər, qaş düzəldən yerdə göz çıxarırıq...

Bundan sonra dörd almağına yox, yoldaşının beş almağına kədərlənir. Sevinəndə də yoldaşından yüksək qiymət almağına sevinir. Nə acıdır, deyilmi? Halbuki həsəd bir ürək xəstəliyidir və müalicəsi üçün uzun illər lazımdır. Ən pisi isə, onu bu vəziyyətə biz gətiririk.

Gəlin, övladımızı yoldaşları ilə, qardaşları ilə, ya da öz məktəb illərimizlə müqayisə edərək narahat olmayaq. Onu ruhlandırmaq istəyiriksə, sevdiyi, maraq duyduğu dərsləri müəyyən edərək o sahədə dəstəkləyək. Bilin ki, bütün dərslərini yaxşı oxumasa da, maraq duyduğu sahələrdə mütləq uğur qazanacaq. Bir də uşağınız xarici görünüşü ilə başqa uşaqlardan fərqləndiyi kimi qabiliyyətləri, maraq dairəsi, sevdiyi dərslərlə də fərqlənməlidir. Elə isə, qiymətlərinin də fərqli olması kifayət qədər normal deyilmi?

Əgər müəllimi ilə tez-tez əlaqə saxlayırıqsa, siniflərində hər hansı bir problemi yoxdursa və ya imtahanlardan çox da aşağı qiymətlər almırsa, dördlə beşin davasını aparmamalıyıq.

Qoy uşağınız öz uğurunu özü müəyyən etsin! İnanın, bu, saatlarla davam edən nitqlərimizdən daha təsirli olar...

Ailə və Uşaq     Baxılıb: 2711   Tarix: 31 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

turlar.az

qis geyimləri 2026 qaşların formalari hamiləlik ziyafət geyimləri 2026 sifahi xalq edebiyyati haqqinda cizgi filmləri kesmikli blincik kosmetika novruza aid hakışda hakista sozler aydin sani narin faydasi haxista