Eşq dişləmələri

Eşq dişləmələriSeksual oyanma sayəsində öpüş şiddətlənib öz zirvəsinə çatdıqda, o "eşq dişləməsi"nə çevrilə bilər. Belə hesab olunur ki, orta hesabla qadınlar kişilərə nisbətən daha çox dişlərin "köməyinə" əl atırlar.
Eşq və ehtiras haqqında Müqəddəs təlimatda (Kama Sutra) dişləmə barəsində deyilir: "dişlənməyə izin verilən yerlər elə öpülməyə izin verilən yerlərdir. Yalnız çox həssas sahələr-üst dodaq, ağız boşluğu, gözlər və sair yerlər istisna edilməlidir".
Dişləmə sevgi oyununa yalnız hər iki tərəf üçün xoş olduqda, daxil edilə bilər. Əgər sevgi oyunu zamanı qadında, yaxud kişidə sevgilisini dişləmək istəyi oyanarsa dişlə­mənin gücünə nəzarət edilməlidir, əks halda bu, vəhşiliyə çevrilə bilər. Özü də bu halda dişlər sağlam və düz olmalı­dır. Çürük, öz bərkliyini itirmiş, əyri-üyrü və laxlayan diş­lər belə nəvazişlər üçün yaramır.
Eşq dişləməsi "oyundaş"ın dərisinin sorulması və yüngülcə dişlənməsi yolu ilə həyata keçirilir. Dişləmə kiçik qara-qançırı xatırladan qırmızı iz qoyur. Bu nişanələr ekstaz sevgi həyəcanları başa çatdıqdan sonra belə uzun müddət həmin hadisəni yada salır. Xüsusi ilə sevgi münasibətlərinin ilk çağlarında bu sevgi nişanələrinin hər iki sevgili üçün böyük əhəmiyyəti ola bilər.

Qulaq sırğasının yüngülcə dişlənməsi - sevgi oyunu­nun ilkin, şövqləndirici hissəsidir. Boynun arxa hissəsinin yüngülcə dişlənməsi də tərəf-müqabili asan vəcdə gətirə bilər. Venera təpəciyi və fəqərə sütununun özülü də sevinə dolu həyəcanlar doğura biləcək yerlərdir. Həmçinin bax: öpüşlərin növləri
Məhəbbət üzrə qədim təlimatlarda dəridə qalan nişanələr üzrə təsnif edilən müxtəlif şəkilli səkkiz sevgi dişlə­məsi sadalanır."Xəlvət dişləmə" dəridə çox tez yoxa çıxan qızartı qoyur.
"Nöqtəvari dişləmə" - dərinin kiçik bir hissəsi (məsələn, məməcik) iki dişlə dişlənilir.
"Şişvari dişləmə" - dişlər dərini yüngülcə dişləyə­rək, sanki maşacıqla dartırlar.
"Nöqtələrdən ibarət təsbeh" - dərinin kiçik hissələri bütün dişlərlə yüngülcə dişlənilir.
"Mərcanlar və daş-qaşlar" - dəri eyni vaxtda bütün dişlər (daş-qaşlar) və dodaqlarla (mərcanlar) yüngülcə dişlənilir.
"Daş-qaş zəncirəsi" - bütün dişləri "işə" salmaqla əmələ gəlir.
"Dağılmış bulud" - əyri xətt üzrə yerləşmiş ayrı-ayn nöqtələr dişlər arasındakı məsafəni göstərir. Dişləmənin bu növü əsasən döşlər və çiyinlərdə müşahidə olunur.
"Qaban dişləməsi" - sinədə, yaxud çiyinlərdə əks olunan bu diş izləri üst-üstə olan iki xətdən ibarətdir, xətlərin arasında qızartı sahəsi var.
Birinci üç dişləmə alt dodaqla edilir; "nöqtələrdən ibarət təsbeh" və "daş-qaş zəncirəsi" boyunda körpücük sümüyünün batıqları üzərində və budun iç tərəfində əks olunur.
"Şişvari dişləmə", habelə "mərcanlar və daş-qaşlar" dişləməsi bir qayda olaraq sol yanaqda iz qoyur.
Qədim təlimatlar bunu da göstərir ki, "xəlvət dişləmə", "şişvari dişləmə" və "nöqtəvari dişləmə" üçün ən çox yarayan yer - alt dodaqdır; "nöqtələrdən ibarət təsbeh", ha­belə "mərcan və daş-qaşlar" boyun, qoltuq və omba oynaqları, "şişvari dişləmə" habelə "mərcan və daş- qaşlar" isə ən çox sol yanaq üçün yarıyır.
Beləliklə, dişləmə və cırmaqlama yaxınlıq və ehtiras hissini nümayiş etdirmək üçün istifadə oluna biləcək kəsərli vasitələrdəndir.

Ailə və Uşaq     Baxılıb: 6975   Tarix: 19 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

turlar.az

aksessuarlar geyim dəbləri qadin dunyasi hakista xina yaxdi sozleri qurd xəstəlikləri dadlı yemək ehtiraslı şəkillər kosmetika masturbasiya terezi novruz hakısdası cinsi elaqe novruz bayrami hakisda