Körpəniz həftələrlə

Körpəniz həftələrləKörpəniz dünyaya gəldi. Dünyaya göz açan körpənin görəcəyi ilk şey, ananın sonsuz sevgisi olmalıdır. Yalnız ananın sakitliyi və nəvazişi, yüngülcə nəfəsi, ürəyinin tanış ritmi, ana südü, qoxusu və tanış səsi – bütün bunlar ona təhlükəsizlik hissi bəxş edəcək və doğuşun stressinin öhdəsindən gəlməyə kömək edəcək.
Bir çox anaları bir sual narahat edir: Bir yaşına qədər uşağın inkişafı ilə məşğul olmaq olarmı və lazımdırmı? Bu işə nə vaxt və necə başlamalı? Cavab birmənalıdır, uşağın inkişafı ilə ilk günlərdən məşğul olmaq lazımdır. Əlbəttə ki, inkişaf müxtəlif olur və bir çox inkişaf metodikaları valideynləri körpənin həyatının az qala ilk aylarından oxumağı və saymağı öyrətməyə çağırır. Lakin, bir ana kimi bu çağırışlara çox diqqət yetirmək lazımdır, hər şeyin öz zamanı var. Fikrimizcə körpənin bir yaşa qədər inkişafı – çox incə və təşvişə salan bir mərhələdir. Valideynlər körpələrinin hərəki bacarıqlarının, hisslərinin inkişaf etməsinə kömək etməli, onları ətraf mühitin gözəllikləri ilə tanış etməlidirlər.
Çox az valideyn bilir ki, həyatının ilk ilində körpə 7 mühüm inkişaf mərhələsindən keçir. Demək olar ki, hər bir valideyn, körpənin heç bir səbəbsiz şıltaqlıq etdiyinin şahidi olur. Sən demə bunun səbəbləri var imiş. Həyatının ilk ilində körpələrizin inkişaf xüsusiyyətlərindən xəbərdar olsanız, vaxtında körpənizə yeni mərhələyə adlamağa kömək edə bilərsiniz, onda siz onu daha yaxşı anlayacaqsınız.

Birinci mərhələ - 5-ci həftə.

(körpə bir aydan bir az böyükdür)

Hissiyyat orqanlarının sürətli inişafı baş verir. Körpə hər şeyə diqqət yetirməyə - görməyə və eşitməyə, qoxuları duymağa başlayır. Bu kəşflər körpənin diqqətini artırır. O şıltaqlıq edə və tələbkar ola bilər, çünki indi sizin onun yanınızda olmasına əvvəlkindən daha çox ehtiyacı var. Siz onun yanında olanda, körpə sakitləşir və başa düşür ki, hər şey yaxşıdır. O indi əvvəlkindən daha çox sizinlə cismi təmasda olmağa ehtiyac duyur, çünki o qorunduğunu hiss edir.
Körpənin dünyanı yeni qavramasına uyğunlaşması bir həftə çəkə bilər. Siz ona təhlükəsizlikdə olduğunu hiss etdirməlisiniz, onda o daha tez sakitləşəcək. Bu mərhələdə körpə daha çox süd əmmək istəyir, çünki sizin qoxunuz, bədəniniz və səsiniz ona doğmadır. Körpənizi daha çox qucağınızda gəzdirin.
Körpə sakitləşəndə, siz görəcəksiniz ki, o dəyişib. İndi o daha çox oyaq qalır. Ətraf mühitlə maraqlanmağa başlayır, çünki görmə qabiliyyəti təkmilləşir və o daim öz diqqəti üçün yeni obyektlər axtarır. O indi daha yaxşı eşidir və başını səs gələn tərəfə çevirməyə cəhd edir. Bu yaşda körpənin ilk gülümsəyişi və ilk göz yaşları, qıdığa ilk reaksiyası əmələ gəlir. Körpəyə daha çox sevinc bəxş etmək üçün, onun nəyi xoşladığını öyrənin – bəlkə o şəkillərə baxmağı, bəlkə də hərəkət edən əşyaları müşahidə etməyi xoşlayır. Onun yeni imkanlarını inkişaf etdirin – ona gözəl parlaq şəkillər göstərin, topu diyirlədin ki, o topu müşahidə edə bilsin və mütləq körpə ilə söhbət edin. Görəcəksiniz ki, körpə artıq bütün bunlara reaksiya verir, müxtəlif səslər çıxararaq sizə cavab verir. Onun sizinlə ünsiyyətinə daha çox diqqət yetirin ki, körpə onu başa düşdüyünüzü hiss eləsin.
Körpənizin hissiyyat orqanları hələ çox həssas olduğu üçün, çox diqqətli olun və onu çox gərginləşdirməyin. O diqqətini eyni şeydə uzun müddət cəmləməkdə çətinlik çəkir, odur ki, tez-tez fasilə vermək lazımdır. Körpənin reaksiyasına fikir verin, əgər görsəniz ki, onun kefi yoxdur, onda qısa fasilə verin.

Ailə və Uşaq     Baxılıb: 2509   Tarix: 17 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

turlar.az

donlar 2026 qadin dunyasi gelinlikler çantalar saglamliq haqqinda şirniyyat və tortlar ailə hamiləlik kosmetika gözəllik salatlar cekc pornuxa bayraq novruz bayramina aid hakisdalar