Məhəbbət və Ədavəti saflaşdırmaq

Məhəbbət və Ədavəti saflaşdırmaqBismillahir rəhmanir rəhim

İnsanın yaxşı və ya pis əməl sahibi olmasının səbəblərindən biri də məhəbbət və ədavət hissləridir. Bir şeyə məhəbbət ona aludə olmağa və bir şeyə ədavət etmək ondan çəkinməyə səbəb olar. Bu məsələ o qədər əhəmiyyətlidir ki, İmam Sadiq (ə) buyurur:

وَهَلِ الاْيمانُ اِلاّ الْحُبُّ وَالْبُغْضُ

"Allaha iman gətirmək, məhəbbət və ədavətdən başqa bir şey deyil".

Deməli, insandakı bu iki xüsusiyyət islam dininin qayda və qanunları əsasında formalaşmalıdır (yəni islamın əmr etdiyi şeylərə məhəbbət bəsləməli və çəkindirdiyi əməllərdən nifrətlə uzaqlaşmaq lazımdır). Mətləbin daha da aydın olması üçün aşağıdakı misallara diqqət yetirin:

Evində oturmuş bir şəxs evinə pişik gəldiyini görür. Gələn pişik onun aldığı yarım kilo əti götürüb qaçır. Bu vaxt həmin şəxs qəlbində əti yemək istəyi olduğu üçün pişiyin ardına düşür. Lakin pişiyin küçəyə çıxdığını gördükdə daha onu qovmaq fikrindən dönür və evinə qayıdır. Ona görə ki, onun yarım kilo ətə olan istəyinin həddi bura qədər idi.

Başqa bir misal. Tülkü hinə girib toyuqlardan birini oğurlayır. Ev sahibi tülkünü hətta küçədə də təqib edir, lakin tülkü çöllüyə üz qoyduqda, bu şəxs öz fikrindən yayınır. Deməli, onun bir toyuğa olan istəyi bura kimi idi.

Üçüncü misal: Canavar bir şəxsin tövləsindən bir qoyunu oğurlayır. O, evindən tutmuş çöllüyə qədər canavarın ardına düşür. Amma canavarın gözdən itdiyini gördükdə daha özünə zəhmət vermək istəmir. Bu da onun bir qoyuna olan istəyini göstərir.

Amma yırtıcı bir heyvan körpə uşağını oğurlasa, onun gecəsi-gündüzü olmur. Bütün yerləri axtarır. Hətta uşağının ölüsünü tapmaq üçün də çalışır. Bu da məhəbbətin digər bir dərəcəsidir.

Bu misallarla insanda məhəbbət, nifrət və onun dərəcələri, insanın həyatında nə qədər təsirli olması daha çox aydınlaşır. Çünki insanın bir şeyə nə qədər məhəbbəti olsa, bir o qədər də onu əldə etməyə çalışır. Eləcə də nə qədər bir şeyə nifrətli olsa, bir o qədər də ondan qorunmağa, uzaq olmağa çalışar. İslam dini də məhəbbət və nifrətin insanın gördüyü işlərdə yüksək təsir qoyduğu üçün onların öz qanunları əsasında formalaşmasına çalışır.

Düşüncə Sağlamlığı

İnsanın gördüyü işlərə daha bir səbəb onun düşüncə tərzidir. Sağlam düşüncə təmiz məhsul verər. Əksinə pis dünyagörüşün nəticəsi də zay məhsul olar. "Qəsəs" surəsinin 83-cü ayəsində oxuyuruq:

تِلْكَ الدّارُ الاْخِرةِ نَجْعَلُها لِلَّذِينَ لا يُرِيدُونَ عُلُوّاً فِي الاَْرْشِ وَلا فَساداً وَالْعاقِبَةُ لِلْمُتَّقينَ

"Odur axirət evi! Onu o kəslərə verərik ki, yer üzündə lovğalıq etməyiblər və qarışıqlıq salmaq və fəsad törətmək fikrində deyillər, gözəl aqibət də təqvalılara məxsusdur."

Bu ayəni izah etmək istəsək, lovğalıq və fitnə-fəsad törətməyin haqqında fikirləşməyin belə günah olduğunu görərik.

İmam Əli (ə) buyurur:

"Hər kəs öz ayaqqabısının bağının dostunun ayaqqabısının bağından yaxşı olmasından qürrələnsə, (və bunu özünə fəxr bilsə) bu ayə o kəsə şamildir"

O həzrət başqa bir hədisdə buyurur:

مَنْ كَثُرَ فِكْرَهُ فِي الْمَعاصِي دَعَتْهُ اِلَيْها

"Hər kəs günah etmək haqqında çox fikirləşsə, (bu fikirlər) onu günah etməyə vadar edər".

Bu barədə İsa peyğəmbər (ə) "Həvariyyun" adlanan səhabələrinə belə buyurur:

وَاَنَا آمُرُكُمْ اَنْ لا تُحَدِّثُوا اَنْفُسَكُمْ بِالزِّنا فَضلاً مِنْ اَنْ تَزْنُوا…

"Mən sizə əmr edirəm ki, ruhunuz da belə zinadan uzaq olsun (zina fikri etməyin), nəinki zina edəsiniz". Çünki öz fikrini zina etmək fikri ilə bulaşdıran şəxs rəngli bir otaqda od yandıran bir şəxs kimidir. Belə ki, odun hisi otağın divarlarını qaraldacaqdır.

Yəni günah haqqında fikirləşmək insanın fikir mərkəzini bulaşdırır. Bu halda o, Allaha ibadət nuruna deyil, günahın qaranlığına daha yaxındır.

Ailə və Uşaq     Baxılıb: 2645   Tarix: 12 iyul 2014
f Paylaş

Oxşar xəbərlər

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

turlar.az

qis geyimləri 2026 geyim şəkilləri gözəllik məhsulları duxovkada toyuq qizartmasi 2026 yaz geyimleri cadudan qorunma gənc qızlar üçün saç düzümləri kosmetika novruz bayramina aid hakisdalar faydalı məsləhətlər novruz bayramına aid hakışta naz mila novruz bayramına aid bakışta