Palıd qozası

Palıd qozasıPalıd, hündürlüyü 40-50 çatan, bəzi halarda diametri 2 m-dən çox olan uzunömürlü ağacdır. Palıd qozalarının qeyri-adi müalicəvi xüsusyyətləri və kulinariyada çoxlu istifadə formaları var. Ondan qoza qəhvəsi və qoza unu hazırlayıb çörək və bulka məmulatlarına, həmçinin sıyıqlara əlavə etmək olar. Yüksək qidalandırıcı xassəsinə görə palıd qozası müharibə və aclıq illərində xilaskar rolu oynayıb.
Faydalı xüsusiyyətləri-palıd qozasının qida məhsulu və müalicəvi vasitə olduğu qədim dövrlərdən məlumdur. Hələ 5 min il əvvəl qozadan qida məhsulu kimi istifadə edilib. Palıd qozasının tərkibində zülallar, karbohidratlar, taninlər, şəkərlər, piyli yağlar, aşı maddələri və çox miqdarda nişasta var.
Xalq təbabətındə palıd qozasından enurez, sidikçıxarıcı yolların iltihabı, kişi və qadın cinsi xəstəlikləri, kəskin kolitlər, ishallar və hətta diş ağrılarının müalicəsində istifadə olunur.
İshal zamanı 1 çay qaşığı xırdalanmış qoza 1 stəkan qaynar suda dəmlənir, süzüləndən sonra gündə 3 dəfə yarım stəkan içilir. Müalicə 1 aya qədər aparılır.
Astma, bəlğəmli öskürək, bronxitlər və ürək xəstəlikləri zamanı qoza qəhvəsi qəbul edilir. Qoza toplandıqdan sonra çəhrayı rəng alana qədər sobada qızardılır, soyudulur, qabığı təmizlənir və qəhvəüyüdəndə üyüdülür. Qəhvə bişirmək üçün 1 çay qaşığı qoza tozu 1 stəkan suda dəmlənir.
Şəkərli diabetin müalicəsində qurudulmuş palıd qozasından hazırlanmış toz gündə 2 dəfə -səhər yeməyindən əvvəl və axşam yatmazdan əvvəl qəbul olunur.
Qoza unu hazırlamaq üçün palıd qozaları toplanır, qabıqdan təmizlənir, hissə-hissə doğranaraq 2 sutka suda isladılır. Həmin müddətdə süyü tez-tez qarışdırmaq və ən azı 4 dəfə dəyişdirmək lazımdır. Sonra qozalar suda qaynadılır, suyu süzülür, ətçəkən maşından keçirilir, əvvəlcə havada, sonra isə sobada qurudulur. Alınan kütlə üyüdülərək un hazırlanır, çörək, peçenye və başqa məmulatların hazırlanmasında istifadə olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1518   Tarix: 05 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

gelinlikler sac duzumleri maskalar vətən haqqında inşa moruğun faydasi qadın sağlamlıq cinsi mövzular kosmetika birlik haqqinda qaynana tanisliq pizza babasil