Su çiçəyinin dəhşətli fəsadı

Su çiçəyinin dəhşətli fəsadıXəstəlik əlamətləri göründüyü gündən 2 gün əvvəl və 5 gün sonrasına qədər yoluxucu mövqedə olur.

Ən çox məktəb və uşaq bağçalarında suçiçəyi xəstəliyi yayılıb. Suçiçəyi "varisella zoster" adı verilən bir virus tərəfindən meydana gələn qızdırmalı infeksiya xəstəliyidir. Varisella zoster virusu havada 1-2 saat canlı qalan və çox sürətli çoxalan virusdur. Virusun yoluxuculuğu çox yüksəkdir. Adamdan-adama daha çox asqırma, öskürmə ilə havaya dağılan virus tənəffüs yolu və ya göz təması nəticəsində bulaşır. Xəstəlik dəridəki suçiçəyi səpkilərinə təmas etdikdə də bulaşır. Virus orqanizmə düşdükdə 14-16 gün içində özünü büruzə verir, yayılır.

Yüksək dərəcəli yoluxuculuğa malik olan bu xəstəlik uşaqlıq dövründə çox yüngül, dəridə qaşıntılı, kiçik, yumru suluqlarla müşahidə edilir. Böyüklərdə isə xəstəlik bir qədər ağır keçir. Həkim-pediatr İlhamə Qurbanovanın sözlərinə görə, xəstə ilə təmas zamanı virus bulaşdığı təqdirdə 4 gün içində üst tənəffüs yolu, limfa vəzlərinə yayılır. 7-ci gündə qaraciyər, dalaq və başqa orqanlara yayılaraq çoxalmağa başlayır. 14-cü gündə adamda yüksək hərarət, başağrısı, qarın ağrısı, halsızlıq kimi simptomlar müşahidə edilir. Daha sonra üz, saçların dibi, çiyinlər, kürək, qol və qıçlarda içi maye dolu suluqlar yaranır. "Səpkilər əvvəlcə qızartı şəklində yaranır. Yüngül keçirilən suçiçəyi infeksiyasında suluqların sayı 10-20-yə, ağır keçən xəstəlikdə isə 300-500-ə çatır. Suluqlar zamanla qabıqlanır və təxminən iki həftə içində tökülür. Suluqlar qaşıntılı və fərqli boyda olur. İçində olan maye 5-6 gün müddətində quruyur və yoluxuculuğu itir. Xəstəlik zamanı gözlərdə və ağız içində də səpkilər ortaya çıxa bilər".

Suçiçəyi xəstəliyi 2-3 həftə davam edir və xəstəliyi keçirən insana ömürlük immunitet qazandırır. Yəni ikinci dəfə suçiçəyi xəstəliyinə yoluxmaq nadir halda ola bilər.

Müsahibimizin bildirdiyinə görə, son dərəcə yoluxucu olan suçiçəyinin uşaqdan evdəki ailə üzvlərinə yoluxdurma ehtimalı 90 faizdir. Ümumiyyətlə, uşaqların olduğu mühitlərdə bağça, körpələr evi və məktəblərdə bulaşma çox sürətlidir. Xəstəlik əlamətlərini göründüyü gündən 2 gün əvvəl və 5 gün sonrasına qədər yoluxucu mövqedə olur.

Mütəxəssislərin fikrincə, suçiçəyindən qorunmaq üçün suçiçəyi peyvəndi etdirmək çox faydalıdır. Xəstəlik daha çox mövsüm etibarilə yanvar-mart aylarında daha çox yayılır. Xəstəlik əsasən 5-9 yaş arası uşaqlarda müşahidə edilir. Xəstəlik böyüklərdə daha çox fəsadlarla keçir. Belə ki, dünyada suçiçəyinə yoluxmuş 20 yaşından yuxarı şəxslərin 5 faizi dünyasını dəyişir. Xəstəliyə yoluxmaq üçün xəstənin olduğu mühitdə bir neçə saat olmaq kifayət edir.

Hamiləlikdə suçiçəyi keçirilməsi riskli bir haldır. Hamiləlikdə suçiçəyi keçirildiyi halda pnevmoniya keçirmə riski yüksək olur. Hazırda pnevmoniya keçirmiş hamilə qadınların 35 faizi həyatını itirir. Hamilə qadınlarda suçiçəyi ilə əlaqəli sətəlcəm olma riski də böyükdür. Siqaret, xroniki ağciyər xəstəlikləri və immunitet sistemi xəstəlikləri suçiçəyinin daha ağrılı fəsadlar verməsi ilə nəticələnir. Xəstəlik zamanı yaranan sulu qabarcıqların sayı nə qədər çoxdursa, xəstəlik bir o qədər ağır keçir. Xəstəlik ağır keçirsə, bu müəyyən fəsadlarla nəticələnə bilər.

"Hamilə qadın suçiçəyinə tutulubsa, həkim nəzarətində olması mütləqdir. Suçiçəyi olmuş hamilə qadında sinə və ya qarın ağrısı, suluqlarda qanama, ağız içində və bütün bədəndə qabarcıqların çox olduğu halda o, xəstəxanaya aparılmalıdır. Əsasən hamiləliyin son dövrlərində xəstəlik daha ağır keçir. Anada aktiv infeksiya olduğu halda körpəyə bəzi mənfi təsirlər edə bilər".

Hamilə qadınlar suçiçəyi olarsa, doğuş ağrılı keçər, dəridə böyük ləkələr əmələ gələr, xəstə qadının dünyaya gətirdiyi körpənin gözləri normadan kiçik olar, katarakt, göz infeksiyaları, görmə sinirində kiçilmə, qollar, ya da qıçlarda qısalıq, barmaqlarda anormallıq, əzələlərdə güc itkisi, hissiyyatın olmaması, sidik və ya nəcis tuta bilməmə, beyin iltihabı, baş içində su toplanması, beyin toxumasının inkişafdan qalması, böyrəklərdə çatışmazlıq, bağırsaqlarda inkişaf pozuntusu yarana bilər.

Ümumiyyətlə, suçiçəyi ağır xəstəlikdir. Xəstəlik xroniki xəstəliyi olan şəxslərdə daha ağır keçir. Suçiçəyindən qorunmaq mümkün olmasa da, peyvəndlərlə immuniteti gücləndirmək mümkündür.

Sağlamlıq     Baxılıb: 3961   Tarix: 31 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

turlar.az

toy makiyajlari geyim dəbləri sade makiyaj sekilleri serebral iflic usaqlar dostluq haqqında atalar sözləri veten haqqinda bayatilar geyim 2026 kosmetika sirniyatlar gəncə qaynana hakista novruz hakıştası veten haqqinda bayati