Uşaq tərbiyəsində bəzi tövsiyələr

Uşaq tərbiyəsində bəzi tövsiyələrKörpənizə yasaqlar qoymağın və onu yaxşı əməllərə sövq etməyin tez olduğunu zənn etməyin. Əksinə, indidən uşağınıza düzgün davranış öyrətməyə çalışın. Deyək ki, bir yaşlı uşağınız şirniyyatdan ötrü çığır-bağır salır və ya marketdə səbətə qoyduğunuz paketləri sağa-sola dağıdır. Bu zaman siz onun hərəkətlərinə necə reaksiya vermək barədə düşünürsüz. Sizə elə gəlir ki, bu yaşda uşağı tərbiyə etmək çox tezdir, elə deyilmi? Doğrudur, etdiyi hərəkətlərə görə düşünməsi üçün otağına göndərmək, yaxud, bəzi imtiyazlardan məhrum etmək kimi taktikalar bu yaşda olan uşaqlar üçün faydalı deyil. Çünki səbəb və nəticə arasında məntiqi əlaqə qurmaq, sadə dillə desək, hansı günahına görə cəzalandırılmasını dərk etmək üçün onlar çox balacadırlar. Lakin bu dövr uşağın pislə yaxşını ayırmağı öyrənməsi üçün ən yaxşı vaxtdır. Bunu xüsusilə vurğulamaq lazımdır ki, " tərbiyə ", " qayda-qanun " deyəndə bir çox valideynlərin ağlına yalnız cəzalandırmaqla öyrətmək gəlir. Ancaq biz cəzalandırmaq yox, öyrətmək barədə danışmaq istəyirik.

Bir yaşlı uşaqların qayda-qanunlara riayət etməsi vacib məsələ olduğundan, onlara cəmiyyətə uyğunlaşmağı və hərəkətlərinə sərhəd qoymağı vaxtında öyrətmək lazımdır. Aşağıdakı təklif olunan sadə strategiyalardan istifadə etməklə siz öz uşaqlarınıza yaxşı davranış formaları öyrədə bilərsiniz:

* Diqqətini dağıdın

Uşaq dəcəllik etdiyi zaman üstünə qışqırmayın, sakitliyinizi qorumağa çalışın, çünki səsinizi qaldırmağınız kimi, sakitliyiniz də onu cəlb edə bilər. Belə vəziyyətlərdə təmkininizi itirmədən uşağın diqqətini başqa şeylərə yönəltməyə çalışın. Məsələn, uşaq divanın qoltuğuna dırmaşırsa, sakit və incə şəkildə onu oradan aşağı düşürüb birgə kitab oxumağa və ya bir oyun oynamağa dəvət edin. Uşağın marağını başqa səmtə yönəldə bilərsiniz, həm onun arzuolunmaz davranışlarına son qoyular, həm də mebellərə dırmaşmağın düzgün olmadığını tezliklə anlayar.

* Təkid edin

Axşam yeməyini gözləmədən bir peçenye yemək üçün ağlayan uşağa " bir dəfə ilə heç nə olmaz " deyərək güzəşt etməniz sonradan sizə çətinlik yarada bilər. Çünki onun istədiyi qarşısında təslim olmanız, sonrakı dəfə tələbini yerinə yetirmək üçün israr edə bilər. Buna görə güzəştə getməkdənsə birdəfəlik sədd qoymaq daha müvafiqdir. Bunu da yadda saxlayın ki, ailədaxili qayda-qanunlar zamanı həyat yoldaşınızla ortaq məxrəcdən çıxış etməlisiz və hər ikinizin sözü bir olmalıdır. Məsələn, vanna otağında suyu ətrafa dağıtmasına, yaxud, yeməyini uşaq stulunda oturmadan yeməsinə biriniz razı olub, digəriniz güzəşt etməsə, bu ikili münasibət onu çaşdırar və inad edib əsəbiləşməsinə səbəb olar.

* Müsbət yanaşın

Əgər uşağa hər şey üçün " yox " deyirsinizsə, bir müddətdən sonra o, bu " yox " lara qulaq asmayacaq və həmin sözü özü də tez-tez işlədəcək. Uşağın sağlamlıq və təhlükəsizliyinə problem yaratmırsa, " yox " sözünü çox işlətməyin.

Məsələn, o, isti pilətənin qabağına gedirsə, dərhal sərt səslə " olmaz " deyin. Davranışı təhlükə yaratmadığı halda isə daha mülayim şəkildə onu etmək istədiyi hərəkətdən daşındırmağa çalışın. Məsələn, sərt şəkildə " yox, maşında ayaqqabı çıxarmaq olmaz " deməkdənsə, " evə gedənə kimi qoy ayağında qalsın, sonra istəsən çıxarıb onlarla oynaya bilərsən " deyin.

* Nəyi necə etmək lazım olduğunu göstərin
Bu yaşdakı uşaqlar sözdən çox, əmələ baxıb öyrənirlər. Əgər uşaq oyun meydançasında başqa bir uşağa qarşı kobud hərəkət edibsə, ona nümunə göstərərək nə etməli olduğunu başa salın. Məsələn, incə bir taktikayla ona belə deyə bilərsiniz: " Ayşəmi incitdin, indi də gəl onu qucaqlayıb könlünü alaq ". Sonra uşağın qollarını qaldıraraq oyun yoldaşını necə qucaqlayacağını göstərin. Yaxud, uşaq yatmazdan öncə dişlərini fırçalamaq istəmirsə, həmin vaxt siz də onunla bərabər dişlərinizi fırçalamağa başlayın və bu işi qaimi vərdişləriniz sırasına daxil edin.

Yaxşı davranışa görə tərifləyin

Bəzən uşağın nadinclik etməsi, sadəcə, ünsiyyət qabiliyyətinin olmamasından qaynaqlanır. Üstəlik, uşaq sizin diqqətinizi çəkmək üçün nadinclik etməyi faydalı bir üsul hesab edir. Buna görə də o, yaxşı bir iş görərək ev qaydalarına riayət etdikdə ( məsələn, evə daxil olanda paltosunu asılqandan asdıqda ) bundan çox sevindiyinizi ona göstərin. Beləliklə, uşaq təkcə nadincliklə deyil, həmçinin yaxşı davranışla da sizin marağınızı çəkə bildiyini anlayar və bunu özü üçün bir məqsədə çevirər.

Körpələr dava edərkən

Körpələr istədiklərinə nail olmayanda keçirdikləri əsəbi halları bəzən nəyisə vurub-dağıtmaq və qışqırmaqla göstərirlər. Əlbəttə, bu cür hərəkətlərin səhv olduğunu başa salmaq və onları vaxtında dayandırmaq lazımdır. Bəs hansı yollarla?

Səhv etdiyini başa salın...

Uşağa "yox " deməyin lazım olduğu məqamlardan biri də budur. Gözlərinin içinə baxaraq qərarlı bir şəkildə " yox, başqasını vurmaq, incitmək olmaz " deyin.

Kənara çəkin...

Uşağınızı hadisə yerindən uzaqlaşdırın, beləliklə, həm uşağınıza, həm də onun dostuna düşünmək üçün vaxt vermiş olarsınız. Sakitləşəndə isə üstünə qışqırıb vurmadan oynamağa hazır olub-olmadığını soruşun.

Heç vaxt " mükafatlandırmayın "!

Əgər uşaq bir oyuncağı istəyib, ala bilmədiyinə görə dostu ilə dava etmişsə, həmin oyuncaqla oynamasına icazə verməyin. Yoxsa qarşısındakına güc göstərməklə istədiyini əldə edə biləcəyini fikirləşər və bu cür zorakı davranış onda bir adətə çevrilər.

Ailə və Uşaq     Baxılıb: 2563   Tarix: 01 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

turlar.az

reseptler geyim necə seçməli qadin dunyasi sineye qulluq tənəffüs orqanları müsabiqələr yeni dogulmus korpeye lazim olan esyalar kosmetika kondom nedir kurtlar vadisi hakisda seksi sevda