Z hərfi ilə başlayan adların mənasını BİLİRSİZ? MÜTLƏQ OXUYUN

Z hərfi ilə başlayan adların mənasını BİLİRSİZ? MÜTLƏQ OXUYUNZabitə- Qayda, qanun, nizam, asayiş, intizam; bir yerin (şəhər, rayon, qəsəbə və s.) intizam və asayiş işlərinə baxan inzibati idarə, polis və jandarma idarəsi

Zahidə - Bax: Zahid

Zahirə- Bax: Zahir

Zakirə- Bax: Zakir

Zalxa- Əslində "zelika"dır, "Züleyxa" adı da bu sözdəndir. Sürüşkən, sürüşən. Eyni zamanda bu Azərbaycanda məhəlli söz olub "Tutqun bənövşəyi rəngdə çoxlu çiçəkləri olan zəhərli bir bitki" kimi izah edilir

Zanbaq- Uzun saplağı və gözəl qoxulu böyük gülləri olan bir bitki

Zemfira- Bu ad haqqında iki fikir vardır. 1) ibranicə "mahnı" anlamını verir; 2) yunanca "sappherios" və ibranicə "sappir"in rumin və başqa dillərdəki xalqın danışıq dilindən alınmış biçimindədir, göy yaqut anlamındadır

Zenfira- " Zemfira"nın dəyişilmiş formasıdır. Bax: Zemfira

Zeybə- "Ziba" sözünün dəyişikliyə uğramış biçimi. Bax: Ziba

Zeynəb- 1) Qiymətli daş-qaş, cavahirat; 2) atanın yaraşığı, bəzəyi, qiymətli daş-qaşı; 3)bunu kök, dolu bədənli kimi də izah eləyirlər

Zəhra- Parlaq, parıltı, parlaq üzlü, ən işıqlı, gül üzlü

Zəkiyyə- Bax: Zəki

Zəmanə- Zaman, vaxt; məs. tale, qədər, bəxt

Zəmanət- Zamin olma, zaminlik, məsuliyyət, boynuna götürmə

Zəminə- 1) Yer; mühit, şərait, ilkin şərt, əsası olan; 2) boyun olma, zaminlik, təminat

Zəmirə- Bax: Zamir; əvəz olunan( yəni oğlan olmasa da olar)

Zənubər- "Sənubər"in dəyişilmiş biçimi. Bax: Sənubər

Zənurə – Əsli "zənnur"dəndir; işıqlı, aydın, parlaq deməkdir

Zərbacı- Qızıl kimi gözəl (qız, bacı), zərlə bəzənmiş

Zərbəli- Əli vuruşu, Əli zərbəsi, Əli naxışı, Əlinin damğası

Zərəngül-q Əslində " zərringül" dəndir. Hərfi anlamı belədir; zərli gül, qızıldan olan gül

Zərcama- Qızıl üzlü gözəl, qızıl çöhrəli(qız, qadın)

Zərgül- Qızıldan olan gül, qızıl gül

Zərxanım- Qızıla bənzər, qızıl kimi xanım; qəşəng, gözəl

Zərxara- Zərli ipəkdən toxunmuş parça, parıldayan şax ipək parça

Zərif- İncə, zərif, cansız; məs. nazik, qəşəng, gözəl, yaraşıqlı

Zərifə- Bax:Zərif

Zərin- Qızıldan olan, qızıla bənzəyən. Həmçinin bax: Zərrin

Zərinə- Qızıla bəzənmiş, qızıl bəzək; zərli və qiymətli geyim; qızıldan hazırlanmış, qızıldan olan

Zərnigar- Əsli "zər" və "negar" sözlərindəndir. Qızılla naxışlanmış, qızılla bəzənmiş, zər naxışlı; məs. qızıl kimi, gözəl, sevgili, yar

Zərnisə- Qızıl qadın, qızıl kimi qadın

Zərnişan- Qızıl nişan, qızılla, zərlə həkk edilmiş və ya işlənmiş (qılınc və başqa əşyaların üzərinə qazılmış yazı, möhür və s.) zərli, bəzəkli parça, zərlə işlənmiş parça və s.

Zərnur- Qızıl kimi işıq verən, qızılın parıltısı, işığı

Zərnurə- Bax: Zərnur

Zərparə- Qızıl parçası, qızıl tikəsi, qızıldan olan hissə

Ziba- Bəzəkli, gözəl, yaraşıqlı, zinətli, qəşəng, göyçək

Zibagül- Gözəl gül, qəşəng çiçək

Zibeydə- Bax: Zübeydə

Zinnur- İşıqlı, aydın, ziyalı

Zinyət- Əsli "zinət"dir. Yaraşıq, bəzək

Zirəng- "Zirək" sözünün dəyişilmiş biçimi. Diribaş, cəld, çevik, bacarıqlı

Zivər- Bəzək, yaraşıq, zinət

Ziyafət- Böyük qonaqlıq, təntənəli qonaqlıq, şölən

Ziynət- Bax: Zinyət

Zöhrə- Günəş sisteminə daxil olan yeddi ulduzun biri və ən parlağı; Venera planetinin adı; Karvanqıran; məs. eşq ilahəsi, parlaq
Zübeydə- Əsli "zübdə"dəndir. Əsas, maya, cövhər, qaymaq; xülasə, nəticə; ən bəyənilmiş, ən seçilmiş

Züleyxa- "Zelika" (Zalxa) adının dəyişilmiş biçimidir. Bax: Zalxa

Zülfi- Zülfləri olan, saça məxsus olan, hörüklü, telli." Zülf" ilə başlayan adların ixtisar və nəvaziş biçimi kimi də işlənir.

Zülfinaz- Zülfləri və nazı olan (qız, qadın)

Zülfinur- Zülfləri parıltılı olan, parıldayan saçları olan

Zülfiyyə- Bax: Zülfi

Zülfizər- Saçları, telləri qızıl kimi olan, qızıl saçlı (qız)

Zülfünaz- Bax: Zülfinaz

Zülü- "Zül" ilə başlayan adların ixtisar və əzizləmə biçimi

Zümrüd- Yunanca "smaraqdos", ərəbcə "züm(ür)rüd" kimi işlənən bu sözün Azərbaycan türkcəsi ilə bir neçə anlamı var: 1) yaşıl rəngli, parlaq, qiymətli bir daş; 2) yaşıl rəngli, yamyaşıl (rəng bildirir) ; 3) əfsanəvi bir quşun adı (əbədiyyət rəmzi kimi işlənir).(bala.az)

Mətbəx     Baxılıb: 9793   Tarix: 31 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Qara dəniz dadı: Kumak Recipe

Kuymak Resepti üçün Tərkibi. 2 -ci. yığılmış yemək qaşığı. kərə yağı. 2 -ci. yığılmış yemək qaşığı. qarğıdalı unu. bir. su şüşəsi. Bu. (otaq temperaturunda). bir. Damğa. kəsmik. 1 çay fincanı. Qaynar su. bir. çay qaşığı silin

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Mövsümi şorba: Düyü Yoğurt Şorbası Resepti

Pirinç Yoğurt Şorbası Resepti üçün Tərkibi. 2 -ci. litr. Bu. 5-6. yemək qaşığı. düyü. bir. yemək qaşığı (yığma). Şöhrət. bir. nömrə. yumurta. 1.5. su şüşəsi. qatıq. 2 -ci. çay qaşığı. duz. bir. desert qaşığı. quru nanə. Yuxarıdakıla

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

Toyuqlu Qat-Qat Piroq

Əvvəlcə pendirli qarışıqdan 4 nazik biskvit hazırlanır. Sonra bu biskvitlərin arasına toyuqdan və ya hind quşundan hazırlanan farş yayılır, piroq folqa kağızına bükülür və sobaya verilir. Nəticədə ortaya maraqlı bir yemə

.

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Sürhüllü Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, (İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba, Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir yeməyidir. Xüsusilə qış aylarında yeyilə

.

Padimcan pancake resepti

Nə vaxtsa badımcanlı pancake alacaqsınız? Damağınızı qıracaq dadlı bir reseptlə buradayıq. Çalışdığımız dadlardan birindən badımcanlı pancake resepti. Gündüz masası üçün, çayın yanında, qonaqlarınıza yemək və ya isti qəlyanalt

.

Bulkada julyen

Tərkibi. 2 ədəd bulka (hamburger bulkası). 5 ədəd göbələk. 1 ədəd toyuq filesi. 100 qr Holland pendiri. 400 ml süd. 4 xörək qaşığı un. 30 qr kərə yağı. duz. istiot. Hazirlama qaydasi. Öncə toyuq filesini xırda kub şəklind

turlar.az

toy makiyaji sekilleri hamiləlik kosmetoloq azadqadin həyat stili ciy kartofun faydasi kişi xəyanət edərsə kosmetika kokelmek şirin qoğal hamilelik hakışda gülməli hakıştalar