Cehiz

CehizƏrə verilən qıza ata-anası tərəfindən hazırlanıb gündəlik həyat, ev-eşik üçün ən vacib sayılan şeylər toplusu. Qız evi bu avadanlığı oğlangildən aldığı başlığın hesabına əldə edir. Adət-ənənəyə görə, qızın atası oğlan tərəfdən başlıq alıbsa, o hökmən qızına avadanlıq qoşmalıdır.

Vaxtilə kasıb ailələrində bu avadanlıq anasından qızına bir miras tək ötürülürdü. Qız doğulduğu gündən başlayaraq, anası öz cehizindən qalmış əşyalara çatmayanları yenidən alıb əlavə edərək, ayrıca bir sandıqçaya yığırdı. El-oba qaydasına görə, şeylərin çoxunu nişanlı qız özü, öz əllərilə hazırlayır, xalı, corab toxuyub, saatqabı, tənbəki kisəsi və s. tikirdi. Varlı ailələrdə isə cehizi büsbütün yenidən və təzəsini toplayırdılar.

Əslinə qalarsa, tədarük işləri böyük nişantaxdı toyundan sonra, çox vaxt isə lap beşikdən, qızın uşaqlıq yaşlarından başlayıb, toy günlərinə qədər davam etdirilirdi. Bu müddət ərzində həmin avadanlığın bir hissəsi qonum-qonşu qadınların köməyilə düzəlir, yun yuyulub daranır, yorğan-döşək tutulur, xalça-palaz toxunur və s.

El-oba qaydasınca, buraya köməyə gəlmiş hər subay qıza bir tikə yorğan-döşək parçasından və bir çəngə yun verib "başına gəlsin" deyirlər. Yaxın qohumların verdiyi və qonaqların özlərilə qız toyuna gətirdikləri hədiyyələr (bunlar qazan, tas, ləyən, sürahi, və s. olur) də bu avadanlığa qatılır. Qız evi kasıb olduqda, çox vaxt adaxlı oğlan özü bu əşyaları toplayıb toy gününə qədər qızgilə çatdırır və gəlinapardı toyunda onu gəlin qız ilə birlikdə ər evinə daşıyırlar.

Keçən əsrin əvvəllərində qeydə alınmış və bu avadanlığa daxil olan ənənəvi əşyalar bunlardır: ilk öncə, vaxtilə hər ev, hər ailə üçün vacib sayılan Quran nüsxəsi, sonra üstündə namaz qılmaq üçün əbrişim şaldan tikilmiş iki-üç canamaz, möhürqabı, yüz bir danəli təsbeh. Daha sonra ikiadamlıq qırmızı yorğan və qırmızı məxmərdən üzlənmiş böyük taxt döşəyi, ikı yun döşəkçə, iki tük mütəkkə, bir böyük nazbahnc, qayınata-qayınana üçün iki kiçik döşək. Nişanlı qızın özü, yaxud qız evi qadınları tərəfindən bəy oğlan üçün hazırlanmış tikmə əl işləri güləbətinli tirmə araxçın, ipək daraqqabı, saatqabı, zərxaradan on iki ədəd tənbəki və pul kisəsi, 20-30 cüt çarıqbağı, at üçün zinpuş, qələmdanqabı və s. Yenə məişət üçün dəstərxan süfrə, əl-üz dəsmalı, isti qabları qaldırmaq üçün yeddi cüt "tutqac" və s.

Gəlinin özü üçün sürmədan, ətirqabı, qayçıqabı, iynəqabı, sayı yeddi olmaqla iynə, qıyıq, güləbətinli pərdəbağı, ipək tumanbağı, taxça və güzgü pərdəsi, qara ayağdaşı və s. Bunlardan başqa, bir "camaxatan sandığı", yun məmulatından bir-iki xalça-palaz, camədan-məfrəş, xurcun, saxsı qab-qacaqdan nehrə, küpə, kuzə, aşsüzən, ağac məmulatından yeddi taxta qaşıq, tabaq, oxlov, çanaq, çömçə, çörəkqabı, bazardan alınmış təzə, yaxud yenicə qalaylanmış mis qab-qacaq, gəlinin yuyunması üçün böyük teşt, farş, qazan, gülabzən, mis aftafa-ləyən, hamam satılı, altı kabab şişi və s. metal əşyalar.

El-oba adətinə görə, buradakı mis, yaxud saxsı su qablarını yeni mənzilə əsla boş aparmaq olmaz, onlar hökmən su ilə doldurulmalıdır. Bundan əlavə, gəlin özüylə ər evinə müxtəlif rəngli parçalardan tikilmiş yeddi kiçik torbada (hərəsi bir kq), yeddi cür taxıl növü buğda, arpa, düyü, mərci, noxud, lobya, darı və uğursuyu deyilən bir səhəng təmiz içməli su və bir qab neft aparırdı.

Qaydaya görə, qız gəlin köçürüldükdə, ayaqqabısından başqa, istədiyi bütün paltarlarını yeni mənzilinə apara bilər. Amma bəzi yerlərin adətincə, gəlinin bəxti ağ olsun deyə, avadanlıqla, bəzən isə elə qızın özüylə onun bir tay köhnə ayaqqabısı da ər evinə aparılır.

Bir sözlə, şeylər siyahıya alındıqdan sonra bədnəzərdən qorumaqdan ötrü onları qırmızı qaytan və lentlərlə sarıyaraq cecim sandıqlarına yerləşdirirlər.
Ötən əsrlərdə varlı ailələrdən ərə verilən qızların ata-anası övladlarına malqara sürüsü, ev-imarət, zəmi və bağ-bağça kimi "şeylər" qoşur, hökmdarlar isə gəlin köçürdükləri qızlarına, bir adət olaraq, geniş bir ərazi və ya bir neçə kənd bağışlayırdılar.

Xalqımızm adətincə, qıza verilən bütün şeylər onun şəxsi malı hesab edilir, o icazə vermədikdə əri onlardan istifadə edə bilməz.

Bəzən el içində həqarətlə deyilən "cehizindən xeyir görməyəsən", yaxud "cehizin qayıtsın" kimi bəddualar hələ də yaşamaqdadır.

Ayrı-ayrı dövrlərdə, müxtəlif bölgələrdə qız ərə verdikdə ona qoşulan bu ev avadanlığı "ağırlıq", "barxana / qız barxanası", "verdik / verdük", "dədəverdi / dədəmalı", "mal" (Şəki), "kabin", "öllüx-dirilıx" (Quba), "sədəqə", "təchiz", "tuti", "xərcxəcələt" (Salyan), "cehiz qoşma / cehizləmə / cehizçilik", "cer-cehiz", "şeylan" və bu kimi adlar daşıyır. Onun "cehaz / ceyiz / cihaz" (Ordubad) deyiliş şəkilləri də var.

Ailə və Uşaq     Baxılıb: 6025   Tarix: 26 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

turlar.az

qis geyimləri 2026 qaşların formalari hamiləlik ziyafət geyimləri 2026 sifahi xalq edebiyyati haqqinda cizgi filmləri kesmikli blincik kosmetika novruza aid hakışda hakista sozler aydin sani narin faydasi haxista