Optimist və xoşbəxt olmağın yolları

Optimist və xoşbəxt olmağın yollarıHəyata optimist baxan, inanan və uğur qazanmaq istəyən insan, qərarsız şəxslərlə müqaYisədə daha çox nailiyyət əldə edirlər. Psixoloqların qənaətincə, insan özündə pozitiv enerji formalaşdırmağı öyrənə bilər, sadəcə, bunun üçün səy göstərmək lazımdır.

"Bəzi anlar var ki, üzərimizə düşən məsuliyyəti yerinə yetirməyimiz, çətinlikləri aşa bilməyimiz üçün iradəmizi (şüurumuzu) işə salmağımız, səy göstərərək özümüzü hərəkətə gətirməyimiz lazımdır. Belə vəziyyətlərdə həyata daha xoşbəxt, daha ümidli baxmaq işimizi asanlaşdırır". Psixoloq Farika Artırın sözlərinə görə, insan bir yerə qədər özünü proqramlayan, dəyişdirə bilən bir varlıqdır: "Təbii ki, biz bu dəyişdirmə imkanının sərhədinin harada bitdiyini bilmirik. Bəlli olan odur ki, insan oğlu müdhiş bir enerji potensialına sahibdir. İnsan içindəki potensialı nə qədər çox ortaya çıxara bilsə, çətinliklərin də öhdəsindən bir o qədər gələr, görmək istədiyi işlərdə müvəffəqiyyət qazanar".

"Enerjini uyğun bir şəkildə istiqamətləndirə bilməyincə, səmərəsiz olur"
Psixoloqun qənaətinə görə, insan enerjisinin ortaya çıxarılması qədər yerində istifadə olunması da çox önəmli məqamlardandır: "Bəzi insanlar son dərəcə enerjilidirlər, fəqət bu enerjini uyğun bir şəkildə istiqamətləndirə bilməyincə, səmərəsiz olur. Bu vəziyyət bir narahatlıq meydana gətirir. Buna görə də öz enerjimizi faydalı şəkildə istifadə etmək vərdişi qazanmalıyıq. Gündəlik həyatımızda müvəffəqiyyət qazanmaq, sağlamlığımızı itirməmək və ya qazanmaq, insanlarla yaxşı münasibətdə olmaq, özümüzə güvənimizin artması da içimizdəki pozitiv enerjini üzə çıxara bilməklə əlaqəlidir. Belə təsəvvür edin, yorğunsunuz, bir addım belə atmaq istəmirsiniz. Lakin görüləcək o qədər iş var ki. Güzgüyə baxırsınız, dərindən bir nəfəs alırsınız və: "Bir az canlanmaq, aktiv olmaq lazımdır",-deyirsiniz. Bəlkə də hiss etmirsiniz, amma belə deyəndən sonra çiyinləriniz dikəlir, baxışlarınız canlanır. Bax bu durum o deməkdir ki, siz pozitiv enerjinizi artıq hərəkətə gətirməyə başlamısınız".

Mütəxəssis deyir ki, stresli zehin düşüncə pozğunluğuna yol açır və öyrənmə baxımından effekti, məhsuldarlığı azaldır. Pozitiv enerji həyata optimist baxan, inanan və uğur əldə etmək, öyrənmək istəyən şəxslərdə daha yüksəkdir. Bu da təbii olaraq müvəffəqiyyət gətirir".

"Pozitiv insanlarda immunitet sistemi qüvvətlənir"
Lakin psixoloq onu da bildirir ki, həyata müsbət baxmaq, çatışmazlıqları görməmək anlamına gəlməməlidir: "Mənfi halları görmək tədbir almaq üçün vacibdir. Bir çox sıxıntılı durumların öhdəsindən səy göstərməklə gəlmək mümkündür. İnsan oğlu həyatda qarşılaşa biləcəyi çətin vəziyyətlərə hazır olmalıdır, bu, həyatın təbii bir reallığıdır".

Sən demə, pozitiv enerjisini aktivləşdirərək pessimist düşüncələrdən qurtulmağa çalışan, həyata gülən gözlərlə baxan, uğur qazanacağına inanaraq səy göstərən, gözəl işlərə meyil edən insanlarda immunitet sistemi qüvvətlənirmiş: "Təbəssüm sevinc gətirən hormonları artırır. Həyatın həmişə pis, mənfi yönlərini görən pessimist insanlar xəstəliklərə daha açıqdırlar. Ancaq şən əhvali-ruhiyyə insanın hansısa travmadan, zədədən çıxmasını asanlaşdırır".

"İnsan inansa, xərçəng kimi ciddi xəstəliklərə də qalib gələ bilər"
Ekspert əmindir ki, insan yaşama məqsədini və sərhədlərini bilərək həyata nə qədər optimist yanaşarsa, ətraf aləmdə müsbət cəhətləri daha çox görər: "Bu halda həmin şəxs öz üzərinə düşəni yerinə yetirsə, çətinliklərə də o qədər asan və rahat qalib gələ bilər. Belə olan
depressiyalar da asan sovuşdurulur. Hər kəs bilməlidir ki, insan pozitiv enerjisini ortaya qoyaraq, yəni həyata ümidlə baxaraq və vəziyyətinin yaxşılacağına inanaraq, xərçəng kimi ciddi xəstəliklərə də qalib gələ bilər. Pozitiv enerji infeksiyaların müalicəsini də asanlaşdırır"...

Sağlamlıq     Baxılıb: 3118   Tarix: 15 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

yay kolleksiyasi toy makiyajlari qaşların formalari intim məktəb quymaq resepti donlar 2026 spermanin qadina faydasi kosmetika gözəllik qadin.az penis xerceng baldiza aid