Ailə böyüklərinə hörmət

Ailə böyüklərinə hörmətValideynləri ilə birlikdə yaşamaq məcburiyyətində olan gənc ailələr bundan az-çox təsirlənirlər. Bu təsirin müsbət və ya mənfi olması, tərəflərin baxış bucağından və intellekt səviyyəsindən çox asılıdır. Qəbul etmək lazımdır ki, dünyagörmüş bir Qayınana gəncləri anlayışla qarşılaya və zamanla ayaqlaşa bildiyi kimi, eyni şəkildə düşüncə səviyyəsi yüksək olan bir gəlin də hadisələrə reallıqla baxa və həqiqətləri görə bilir. Bu cür gəlin- Qayınana arasında yersiz mübahisələrdən, səviyyəsiz dava-dalaşlardan danışmaq qeyri-mümkündür. Əksinə, onlar arasında yalnız qarşılıqlı sevgidən və ehtiramdan söhbət gedə bilər
Əgər Qayınananızla yaşamaq məcburiyyətindəsinizsə və bu sizin ürəyinizcə deyilsə, baxış bucağınızı dəyişdirməyə çalışın. Yəni nə qədər ki, həyat yoldaşınızın ailəsini yük kimi görəcəksiniz, xoşbəxt ola bilməyəcəksiniz. O, sizin Qayınananız olsa da, həyat yoldaşınızın anasıdır. Elə isə, biz hadisənin yaxşı tərəflərini görərək bu problemdən xilas ola bilərik.
Qayınana və Qayınatanızın həyat yoldaşınızın dünyaya gəlməsinə səbəb olan, onu böyüdüb boya-başa çatdıran insanlar olduğunu düşünün. Onlar bir valideyn kimi öz borclarını yerinə yetirdikləri kimi, həyat yoldaşınız da öz övladlıq borcunu yerinə yetirməlidir. Siz bu məsələdə nə qədər anlayışlı və fədakar olsanız, o da bir gün sizin ata-ananıza eyni anlayışı və fədakarlığı göstərə bilər.

" Mənim ailəm ona möhtac olmaz " deməyin. İnsanın bu günü sabahı üçün zəmanət deyil. Necə deyərlər, dünyanın gərdişi bəlli olmaz. Bir də unutmaq olmaz ki, biz də qayınana və qayınatamızın yaşına çatanda övladımızın qayğısına ehtiyac duya bilərik.. Nə qədər ki, gəncdir, insan bunları düşünə bilmir; çox sevdiyi övladının bir gün ona arxa çevirəcəyini düşünmək belə istəmir. Halbuki övladlarımız həyatda çox şeyi bizdən öyrənirlər. Yəni biz ata-anamızla necə davranırıqsa, onlar da bizimlə elə davranacaqlar.

" İgidi öldür, haqqını yemə " deyib atalar. Bir valideyn övladını necə çətinliklərlə böyüdür. Deməli, bu çətinlikləri qayınananız və qayınatanız da çəkmişdir. İndi sizinlə evləndi deyə və siz onun ata-anasını sevmirsiniz deyə, valideynlərinə arxa çevirməlidirmi? Əgər bunu etsə, inanın, həyat yoldaşınıza ilk nifrət edən elə siz olarsınız. Çünki içinizdəki vicdan mexanizmi bütün hisslərinizə baxmayaraq, sizə haqlının kim olduğunu göstərər.

Ailəmizdə səadət istəyiriksə, həyat yoldaşımızın ailəsinə də öz ailəmiz kimi hörmət göstərməliyik. İnsan başqa birini öz anası kimi sevməyə bilər, ancaq hörmət göstərməyə borcludur. Onsuz da sevgi qəlbdə olur və onu heç kim görmür. Hörmət isə üzdədir və onu hamı görür. Yaşlandığı üçün xasiyyəti çətinləşsə də, yaxasından yapışan xəstəliklər onu hövsələdən çıxarsa da, əslində hər biri valideyndir. Həm də sevdiyiniz həyat yoldaşınızın valideyni.

Sizin ona göstərdiyiniz hörmət sabah görəcəyiniz hörmətin toxumlarıdır. Necə deyərlər, nə əksəniz, onu da biçərsiniz...

Ailə və Uşaq     Baxılıb: 2703   Tarix: 26 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

turlar.az

qis geyimləri 2026 qaşların formalari hamiləlik ziyafət geyimləri 2026 sifahi xalq edebiyyati haqqinda cizgi filmləri kesmikli blincik kosmetika novruza aid hakışda hakista sozler aydin sani narin faydasi haxista