Bölüşməyi bacarmalıyıq

Bölüşməyi bacarmalıyıq4-6 yaş arasındakı uşaqlarda "mənlik" (eqoizm) duyğusu ön plana çıxır. Onlar hər şeyə " mənim " deyirlər, öz oyuncaqlarına kiminsə əl vurmasına isə əsla razı olmurlar. Öz əşyalarını kiminləsə bölüşmək də istəməzlər. Bu yaş həddi onlara səxavətli olmağı öyrətməyin tam zamanıdır. Eqoizmin onların içində tam yerləşməməsi üçün gecikmədən bu istiqamətdə iş aparmalıyıq. Bunun üçün onun dostları ilə tez-tez görüşməsini təmin etməliyik. Əgər qardaş və ya bacı varsa, onlardan da istifadə etmək mümkündür. Onun üçün aldığınız yeməkdən bacı-qardaşına da pay ayırmasına təşviq edin. Hər səxavətli davranışını alqışlamalı, lazım gəlsə, başqalarının yanında onu tərifləməliyik. uşaqlar üçün oyuncaqBölüşməyi öyrəndikcə onda sevgi, qardaşlıq, yardımlaşma kimi duyğular inkişaf edəcək və zaman keçdikcə bu hisslər onda daimi yer tutacaq. Bunun üçün məktəb çağları ən əlverişli vaxtdır. Çünki məktəbdə onun çoxlu dostu olur. Arabir ona iki hədiyyə alın və: " Övladım, bunlardan birini sənin üçün aldım, digərini isə istədiyin bir dostuna hədiyyə et ",- söyləyin. Sonra isə bu hədiyyəni verib-vermədiyini yoxlayın. Əgər veribsə, keçirdiyi hissləri, təəssüratlarını onunla bölüşün. Bu hisslərin əsl insana, dosta yaraşan hisslər olduğunu ona başa salın

Vermək, verə bilmək çox ülvi və uca duyğudur. Biz övladlarımıza bəslədiyimiz hədsiz sevgiyə görə bəzən onların xətalarını görməməzliyə vururuq. Hətta övladımızın xəsisliyini " Mənim övladım malının qiymətini bilir " kimi izah edirik. Malın qiymətini bilmək ayrıdır, xəsislik ayrı. Ona görə də bir valideyn kimi diqqətli olmalıyıq, " O hələ uşaqdır, böyüyəndə düzələcək " deyib hər şeyi zamanın öhdəsinə atmamalıyıq. Çalışmalıyıq ki, övladlarımız karandaşlarını göz bəbəyi kimi qorusun, dəftərinin vərəqlərini cırıb atmasın, qələmi və ya pozanı itdikdə onları axtarıb tapsın, amma yeri gələndə onları başqalarına da hədiyyə edə bilsin, dostlarının da onun əşyalarından istifadə etməsinə icazə versin.

Ətrafımıza diqqətlə baxaq. " Qonşum ac ikən mənim gözümə yuxu girməz " deyənlərin sayı çox olsaydı, bu qədər kasıb, dilənçi olardımı? Mərhəmət etmək, halına acımaq, yıxılana əl tutmaq, bir dilim çörəyi yarı bölməyi bacarmaq kimi ülvi duyğular sadəcə Hacı Zeynalabdin Tağıyev kimi insanların xatirələri yad edilərkən xatırlanmamalıdır. Belə insanların davamçısı olmaq üçün əvvəlcə özümüzü, sonra övladlarımızı tərbiyə etməliyik. Bəlkə də indi içinizdə: " Bu millətin qurtarıcısı mənəm? Dünyanı mənim övladımmı xilas edəcək?" -deyirsiniz. O zaman kasıb-kusubu bir kənara qoyaq. Qoca ata-anasını kimsəsizlər evinə qoyanlara münasibətiniz necədir? Hər halda bir valideyn kimi qocalığınızın oralarda keçməsini istəməzsiniz.

Unutmayın ki, bunun kökündə uşağın yanlış tərbiyəsi dayanır. Uşağınıza onun üçün aldığınız şokoladı dostları ilə bölüşməyi öyrətməsəniz, kiçik qəlblərində xəsislik cücərməyə başlayır. Hətta iş o həddə çatır ki, övlad böyüyüb ailə sahibi olduqda qoca ata-anasının yediklərini süfrəsinə əlavə yük kimi qəbul edir, qazancını valideynlərinə çox görür.

Övladının rahat həyat yaşamasını hər bir valideyn istəyir. Bu səbəbdən övladlarımız üçün var-dövlət toplayırıq, ev tikirik, pul yığırıq. Yeganə məqsədimiz onların problemli həyat yaşamamalarıdır. Əslində bütün bu cəhdlər əbəsdir. Çünki ruzini verən Allahdır. Övladlarımızın maddi rahatlığını düşündüyümüz qədər mənəvi inkişafına da əhəmiyyət verək. Onların ülvi hisslərinin formalaşması üçün kiçik məsrəflərdən qorxmayaq. Siz bir insan yetişdirdiyinizi unutmayın. O yaxşı bir insan olsa, səxavətli olsa, həm mənəvi olaraq rahat olacaq, həm də hər yaxşılığı artıqlaması ilə geri qaytaran Allahın yardımına layiq olacaq. Ona görə də övladlarımıza səxavətli olmağı öyrətmək çox önəmlidir.

Cənnətin qapısını həm də səxavətlilik açar...

Ailə və Uşaq     Baxılıb: 2247   Tarix: 25 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

turlar.az

adlarin menasi yemek reseptleri geyim şəkilləri korpelerde qebizlik hamilə qala bilmək keks reseptləri ekzema xəstəliyi kosmetika sağlamlığın sirleri novruz hakistalari qiz adlari baldiza aid haxisda dolca