Evlilikdən öncə ailə qurulacaq şəxslə görüşdə ölçülər nələrdir?

Evlilikdən öncə ailə qurulacaq şəxslə görüşdə ölçülər nələrdir?Evliliyə niyyət etmək, sonsuz bir bərabərlik üçün atılan ilk addımdır. Şəxs hələ bu niyyət mərhələsindəykən məsələni ciddiyə alır, ölçülü və diqqətli davranarsa, gələcək üçün sağlam və xoşbəxt bir həyatın təməlini atmış sayılır. Ailə həyatının istənilən şəkildə olması və arzu edilən səadət və xoşbəxtliyin təmini baxımından ilk təşəbbüslərdəki davranışlar mühüm bir yer tutmaqdadır. Məsud bir yuvanın fərtləri həm dünyaları, həm də dini həyatları baxımından qazanclı kimsələrdir. Keçimsiz bir evdə isə, maddi və mənəvi sarsıntıların hər an ortaya çıxması mümkündür. İştə, yuvanın təməli atılırkən, diqqətli, ehtiyatlı və ağıllı hərəkət etmək lazımdır.

Evlənməyə təşəbbüs edən insan, ilk olarak araşdırmağa başlayır. Uyğun bir namizəd tapınca, necə bir insan olduğunu öyrənmək üçün və bəzi xüsusiyyətlərini bilmək istər.Bu hal, şəxsin birbaşa özü tərəfindən ediləbiləcəyi kimi, yaxınları tərəfindən də gerçəkləşdirilə bilər. Bu məsələdə dinimizin göstərdiyi yol və tövsiyyə etdiyi üsul ən optimal və ən xeyirlisidir.Xoşagəlməz bir neçə vəziyyətlərin ortaya çıxmasının qarşısını almaq üçün tərəflərin bir-birilərini görmələri istənmiş və bu görüş sünnət olaraq qeyd edilmişdir. Əshabdan Muirə bin Şubə, bit gün Peyğəmbərimizin yanına gələrək bir qadınla evlənmək istədiyini deyər. Rəsuli-Əkrəm Əfəndimiz, "Onu gördün mü?" deyə soruşunca, "Xeyr" deyər. Bunun üzərinə Peyğəmbərimiz "Get o qadına bax. Çünki baxman, evləndiyinizdə aranızda ülfət uyum, keçim və sevginin davam etməsi üçün daha uyğundur" buyurur. Hz. Muirə, Peyğəmbərimizin dediyini edər. Daha sonra qadınla evlənər. Hz. Muirə, Peyğəmbərimizin tövsiyəsi üzərinə qurduğu ailə həyatından məsud olduğunu və çıx yaxşı anlaşdıqlarını söyləməktədir.

Yenə bir başqa səhabi Peyğəmbərimizin yanına gələrək, Ənsar qadınlardan biriylə evlənmək istədiyini söylər. Peyğəmbərimiz, ona da "O qadına baxtın mı?" deyə sual verər. Görmədiyini söyləyincə Rəsulullah, "Belədirsə get o qadına bax. Çünki Ənsarın gözlərində bir şey vardır" buyurur. Rəvayətlərdə Ənsar qadınlarının bəzilərinin gözlərinin kiçik və gecə korluğuna həssas olduğu bildirilməkdədir. Məhəmməd bin Məsləməyə də Peyğəmbərimiz belə buyurmaqdadır: "Allah, kişinin qəlbinə bir qadınla istəyini qoyduğu zaman, artıq onun o qadına baxmasınad heç bir qüsur yoxdur "

Üləmadan Aməş isə bu xüsusda belə deyir: "Hansı evlənmə ki tələsik və düşünülmədən olmuşdursa sonu üzüntü və sıxıntıdır."

Bütün məzhəb imamaları evlənmək niyyətində olan kimsənin talib olduğu qadına, qadının da kişiyə baxmasının caiz olduğu hökmünə varmışlar. Ancaq bu görüşmə əsasında qadının yanında məhrəmlərinin birisinin olması şərti aranmaqdadır. Çünki tərəflər hər nə qədər evlənmək niyyətiylə bir araya gəlmişlərsə də, nikah olmadığı müddətcə bir-birilərinə yad və naməhrəmdirlər. Təklikdə olaraq bir yerdə olmaları doğru olmaz.

Tərəflərin bir-birilərini görmələriylə sadəcə gözəllik və ya çirkinlikləri bəlli olur. Amma dini cəhəti, əxlaqı və ev xanımında olması gərəkən xüsusiyyətlər isə ya birbaşa özü soruşar, ya da güvəndiyi kimdənsə öyrənə bilər. Bu məsələdə diqqət edilməsi gərəkən ən mühüm xüsus tərəflərin açıq fikirli və xoş niyyətli olmalarıdır. Daha işin başındaykən alışqanlıq və vərdişlərini bir-birilərinə anlatmalıdırlar. Hətta sevib sevmədiyi yeməklər mövzusuna çatıncaya qədər danışmalarında fayda vardır. Sadəcə bəyənilən vərdişlərdən bəhs etmək, xüsusi adətlərdən danışmaq gələcəkdə bəzi anlaşılmazlıqların ortaya çıxmasına səbə ola bilər.

Çox vaxt tərəflərin üz-üzə danışmaları mümkün olmaz. Bu vəziyyətdə hər iki namizədin vəziyyəti bi başqası vasitəsilə öyrənilir. Bu xüsusda imam Gəzali Həzrətləri bunu tövsiyə edir: "Qadının istər əxlaqı və istərsə də gözəlliyi ancaq doğru bəsirət sahibi, yaxşıyla pisi bir-birində ayırd edə bilən birisindən öyrənilməlidir. Fikri soruşulan şəxs, istənilən qıza çıx tərəftar olamamlıdır ki, qızın keyfiyyətlərini olduğu kimi anlatsın. Eyni zamanda bu şəxs qızı sevməyən birisi də olmamalı ki, onun yaxşı tərəflərini gizləyib, məziyyətlərindən lazımi qədər bəhs etməmə kimi bir vəziyyət ortaya çıxmasın. Çünki insan təbiəti evliliyin başlanğıcında və özüylə evlənilmək istənilən qadınların vəsfində ya ifrata, ya da tefritə meyllidir. Bu xüsusda normal hərəkət edib, həqiqəti söyləyən çox az adam vardır. Bu səbəblə ehtiyatlı hərəkət etmək, xanımından başqasına könül verməkdən qorxan bir mömin üçün çox mühümdür.

Doğurdan da ətrafımızda mübaliğəçi bəzi qadınların kişini və ya qızı ifrat dərəcədə tərifləməsi, onlarda olmayan keyfiyyətləri bir-bir sayması böyük problemlərə yol açır. Evlilik gerçəkləşib cütlər bir yerə gəldikdə bir-birilərində söylənənləri tapmayınca anlaşılmazlıqlar başlamaqdadır. Bunun üçün hər şeyi olduğu kimi anlatmalı, ifrata qaçmamalıyıq.

Ailə və Uşaq     Baxılıb: 2493   Tarix: 26 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

turlar.az

aksessuarlar reseptler qadın geyimi qadın xəyanət gullu cantalar xina qoymaq qaydasi dəri xərçənginin əlamətləri kosmetika novruz bayramina aid hakistalar sağlıq vətən rus dilini öyrənək 2 ci dərs nizami gəncəvi