Uşaq üç yaşınadək valideyni ilə yatmalıdır

Uşaq üç yaşınadək valideyni ilə yatmalıdırKeyptaun Universitetinin əməkdaşı, professor Nils Berqmanın apardığı son tədqiqat pediatrların rəsmi mövqeyini dəyişdirə bilər.
Berqman bəyan edir ki, uşaq üç yaşınadək valideyni ilə yatmalıdır. Müşahidələr göstərir ki, anasının sinəsində yatan körpələr daha çox yatırlar. Bu zaman onların ürəyi stressə üç dəfə az məruz qalır, gələcəkdə isə onlar şəxsiyyətlərarası əlaqələri daha asan qura bilirlər.

Öz çarpayısında yatarkən körpənin beyni yuxunun iki tipi, yəni aktiv və sakit yuxu arasında daha az keçid edir. Bu keçid isə beynin normal inkişafı üçün vacibdir. Sonralar yuxu çatışmazlığı və stress səbəbindən uşaqda pis davranış da istisna edilmir.

Ekspertin fikrincə, körpələr üçün həyatın ilk həftələrində ideal vəziyyət ananın sinəsində yatmaqdır. Sonra uşaq ana ilə bir çarpayıda 3-4 yaşınadək yatmağı davam etdirməlidir.

Alimin üzərində təcrübəsini sınaqdan keçirdiyi çarpayıda yatan 16 uşaqdan yalnız 6-da sakit yuxu qeydə alınıb və həmin yuxunun keyfiyyəti anası ilə birgə yatan uşaqlardakından xeyli aşağı olub.

Bu haqda siz necə fikirləşirsiniz?

Neçə yaşına kimi ananızla yatmısınız?

Ailə və Uşaq     Baxılıb: 2484   Tarix: 14 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

turlar.az

toy makiyaji sekilleri geyim və ayaqqabılar geyim seçimi yemək bişirmək yarpizin faydalari sperma gəlin qayınana kosmetika vətən haqqında atalar sözləri hakışta zehmet ve zinet saglam qidalanma gəncə